Accessibility links

Seymur Həzi azadlığa buraxılıb


Seymur Həzi
Seymur Həzi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Seymur Həzi 30 sutkalıq inzibati həbsdən sonra noyabrın 16-da azadlığa buraxılıb. O, Milli Şuranın 19 oktyabr aksiyasına bir gün qalmış polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə 15 sutka həbs olunub. Sonradan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin 15 sutkalıq həbs qərarını daha 15 sutka artıraraq 30 sutka edib.

Seymur Həzi Amerikanın Səsinə müsahibəsində bildirib ki, onun həbsinin səbəbi 19 oktyabr aksiyasında AXCP sədri Əli Kərimlini müdafiəsiz qoymaq olub.

“Məni və çoxsaylı partiya funksionerlərini həbs etdilər. Ancaq məqsədlərinə çata bilmədilər. Mənimlə bağlı şox absurd iş gördülər. Hətta dövlət ittihamçısının belə iştirak etmədiyi məhkəmədə 15 sutkalıq həbs cəzamı daha 15 sutka uzatdılar. Bu Azərbaycan hüquq praktikasında görünməmiş bir məsələdir. Bu məsələdə axıra qədər çəkişəcəyik,” o qeyd edib.

AXCP sədrinin müavini hesab edir ki, həbsi hakimiyyətin ən yüksək səviyyəsindən verilən bir sifasriş idi.

“Bunu siyasi qorxaqlıq kimi qiymətləndirirəm.”

O guya telefonla danışarkən yüksək səslə nalayiq ifadələr işlətdiyinə görə həbs edilib.

“Ancaq məhkəmədə məlum oldu ki, həmin vaxt nə mənə zəng gəlib, nə də mən kiməsə zəng etmişəm. Bunu vəkillərim məhkəmədə sübut etdi. Lakin məhkəmə sanki bunlar olmayıb kimi, polisin dediklərini təsdiq etdi. Hakim mənim və vəkillərimin hər hansı vəsatətini təmin etmədi,” AXCP sədrinin müavini bildirib.

Seymur Həzi saxlanılan və həbsdə olan zaman təzyiqə məruz qalmadığını deyib.

XS
SM
MD
LG