Accessibility links

Seymur Həzinin cəzası artırıldı


Seymur Həzi
Seymur Həzi

Qərar Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun şikayəti əsasında verilib

AXCP sədrinin müavini Seymur Həzinin həbs cəzası 15 gündən 30 günə qaldırılıb.

Bu barədə Seymur Həzinin həyat yoldaşı Nigar Həzi bildirib

Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov qərar çıxarıb.

Qərar Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun şikayəti əsasında verilib. Şikayətdə yazıb ki, Seymura Xətai Rayon Məhkəməsinin təyin etdiyi cəza yüngüldür.

Məhkəmədə idarəni Xətai rayon polis idarəsinin əməkdaşı, polkovnik leytenant Rəhman Kərimov müdafiə edib.

Seymur Həzi məhkəmədə deyib ki, bu şikayətin məqsədi onu Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinqdən də kənarda saxlamaqdır, çünki 15 günlük cəzası noyabrın 1-də başa çatacaqdı.

Milli Şura oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan iki gün qabaq Bakıda tutulan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb. Xətai Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib.

Seymur Həzi küçədə mobil telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyürmüş. Seymur Həzi və müdafiəçiləri bu ittihamın tamamilə qondarma olduğunu, həbsin siyasi xarakter daşıdığını bildirirlər.

"Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlandırlan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib. 2019-cu il avqustun 29-da cəza müddəti bitdikdən sonra azadlığa çıxıb.

XS
SM
MD
LG