Accessibility links

Seymur Həzinin kassasiya şikayətinə baxılacaq


Seymur Həzi
Seymur Həzi

Aprelin 15-də saat 10.20-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə jurnalist Seymur Həzinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə kassasiya şikayətinə baxılacaq. Bu barədə vəkil Adil İsmayılov Facebook səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, Seymur Həzi prosesdə iştirak etmək arzusunu məhkəmənin diqqətinə çatdırıb.

Vəkil ümid edir ki, hakimlər Seymur Həziyə layiq olduğu bəraəti verməsələr də, ən azı bundan sonra qanunsuz həbsdə saxlanılmasına son qoyacaqlar.

Seymur Həzi 2015-ci il yanvarın 29-da Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, jurnalist 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla aralarında yaranmış mübahisə zəminində həbs edilib. Abşeron rayon Polis Şöbəsində ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Həzi ittihamı rədd edir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir. O, “Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan Saatı” televiziya proqramının aparıcısıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG