Accessibility links

Seymur Kazımov: "Azərbaycanda jurnalistikanın təmənnasız tədrisinə hazır olan gənclər var" [Video-Müsahibə]


Azərbaycanlı jurnalist Seymur Kazımovla müsahibə
please wait

No media source currently available

0:00 0:07:09 0:00

Azərbaycanlı jurnalist Seymur Kazımovla müsahibə

Jurnalist Seymur Kazımov Amerika Birləşmiş Ştatlarına səfərindən danışarkən Dövlət Departamentinin maliyyələşdirdiyi SUSİ proqramı çərçivəsində 45 gün müddətinə səfər etdiyini bildirib.
“Bunu təmənasız etməyə hazır olan gənclər var

Proqramın media tədrisi ilə bağlı olduğundan danışan jurnalist 16 ölkədən jurnalistlərin bir araya gətirilərək, Amerika təcrübəsi əldə etmək üçün müəyyən media qurumları ilə görüşlər keçirdiyini, Ohayo Universitetinin jurnalistika tədirisi ilə məşqul olan mütəxəssisləri ilə görüşdüyünü deyib.
Seymur Kazımov Amerikanın Səsində
Seymur Kazımov Amerikanın Səsində

Seymur Kazımov Amerika və Azərbaycanda jurnalistika tədirisi arasında böyük bir fərq olduğundan, lakin bu fərqin aradan qaldırılmasının mümkünlüyündən danışıb. O deyib ki, Amerikada tələbə özünü sinif otağı deyil, əsl iş mühitində-xəbər otaqlarında, televiziya studiyalarında hiss edir.

Azərbaycanda tədirisin köhnə metodikaya əsalandığı barədə təəssüfünü bildiriən Seymur Kazımov Azərbaycanın Qərbə inteqrasiya etdiyinə dair iddialarına baxmayaraq, bu inteqrasiyanın jurnalistikada özünü göstərmədiyini bildirib.

O, yeniliklərin Azərbaycanda tətbiq edilməsinin çətin olmadığını, bu ölkədə kifayət qədər peşəkar jurnalist və jurnalistikanı tədirs edən gənclər olduğunu, onlara yalnız imkan yaradılmasının vacibliyini vurğulayıb. “Bunu təmənasız etməyə hazır olan gənclər var. “

Sermur Kazımov Amerika təcrübəsindən vətənində istifadə edəcəyini qeyd edib.
XS
SM
MD
LG