Accessibility links

Qafqaz Müsəlmanları İdarəsinin sədri ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüşüb

Dekabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüşüb.

QMİ-nin rəsmi saytının məlumatına görə Paşazadə bildirib ki, dini tolerantlıq məsələsi Azərbaycanda insanların gündəlik həyat tərzidir. “Müxtəlif dinlərin liderlərinin şəxsi səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir”.

Şeyxülislam Paşazadə 1992-ci ildən Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu, bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini deyib.

ABŞ-ın müvəqqəti işlər vəkili Allahşükür Paşazadənin bir simvol olduğunu və tolerantlığın möhkəmlənməsində böyük rol oynadığını dilə gətirib.

Görüş zamanı tərəflər qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

XS
SM
MD
LG