Accessibility links

Sezen Aksu 10 illik fasilədən sonra Amerikada konsertlər verir


Sezen Aksu
Sezen Aksu

Unudulmaz sənətçinin şarkılarını yenidən dinləmək arzusu ilə konsertə 1800-ə qədər adam gəlmişdir

Türk pop musiqisinin ulduzu Sezen Aksu 10 illik fasilədən sonra Amerikada konsertlərinə başlayıb. Vaşinqton yaxınlığında Bethesda şəhərindəki Stratmor konsert salonunda keçən ilk konsertə Turk of America cəmiyyəti sponsorluq etmişdir. Unudulmaz sənətçinin şarkılarını yenidən dinləmək arzusu ilə konsertə 1800-ə qədər adam gəlmişdir.

Müğənnini konsertdə onun ansamblı və Amerikada tanınan musiqiçi Fahir Atakoğlu müşayiət edirdi. Sezen xanım bütün axşamı dinləyəcilərə nəğmələrilə yanaşı sevgilərini çatdırdı, dəfələrlə salondakılara “mənim ən böyük arzum bu gecə sizə unudulmaz duyğuları yaşatmaqdır” söylədi.

Sənətçi “Şinanay”, “Sen Ağlama” ve “Gidemem” kimi unudulmaz nəğmələrini oxuduqca zaldan tamaşaçılar onun səsinə səs verir, şarkıları onunla bərabər oxuyurdular. Nəğmələrlə yanaşı, Sezen xanım səhnədə zarafatlar edir, dinləyəciləri əyləndirməyə çalışırdı. Müğənninin oxuduğu hər mahnı ovasiya ilə qarşılanır, mahnı bitdikdən sonra tamaşaçılar ayaq üstə onu gurultulu alqışlara tuturdu.

Vaşinqtonda konsertdən sonra Sezen Aksu aprelin 6-da Nyu Yorkun mötəbər Karneqi konsert salonunda, aprelin 7-də isə Nyu Cersi ştatının Nyuvark şəhərində Sənət mərkəzində konsertlərlə çıxış edəcək.

Sezen Aksu sonuncu dəfə Amerikada 2000-ci ildə konsert vermişdi. "Türk pop musiqisinin kraliçası" və "Minik Serçe" ləqəbləri ilə tanınan Sezen Aksunun dünyada 40 milyondan artqı diski satılmışdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG