Accessibility links

Şahin Hacıyev: Nə vaxtsa real islahatlar mətbuata da gəlib çatacaq [Video-Müsahibə]


Şahin Hacıyev: Haçansa real reformalar mətbuata da gəlib çatacaq
please wait

No media source currently available

0:00 0:04:35 0:00

Şahin Hacıyev: Haçansa real reformalar mətbuata da gəlib çatacaq

Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində media azadlığının durumu, jurnalistlərin həbsinə yerli və beynəlxalq reaksiyalar, mövcud durumdan çıxış yollarından danışıb.

Amerikanın Səsi: Beynəlxalq qiymətləndirmələrə görə Azərbaycanda mətbuat azadlığının səviyyəsi hansı ölkələrlə müqayisə edilə bilər?

Şahin Hacıyev: Beynəlxalq qiymətləndirmələr uzun müddətdir ki, Azərbaycanda mətbuatın vəziyyətini ağır və get-gedə pisləşməsini qeydə alır. Bunun da səbəbi ondadır ki, həmin problemləri yaradan məsələlər, ona səbəb olan şərait dəyişmir. Əksinə get-gedə pisləşir. Misal üçün Sərhədsiz Reportyorların bu ilki hesdabatına baxsanız görəcəksiniz ki, Azərbaycanın vəziyyəti bir qədər də pisləşib. Mətbuata qarşı aparılan kampaniya, daha doğrusu dövlətin siyasəti vəziyyətin get-gedə ağırlaşmasına səbəb olur.Vəziyyətin ağırlaşması deyəndə nə nəzərdə tutulur? Azad sözün, azad fikrin fəaliyyət göstərməsi üçün imkan verilirmir. Yəni söhbət ölkədə KİV-lərin sayı, telekanalların sayı, jurnalistlərin sayından və yaxud qəbul edilmiş qanunlardan getmir. Söhbət ondan gedir ki, ölkədə azad fikir söyləmək imkanı var, ya yox. Azad, müstəqil media inkişaf edə bilər, ya yox? Bunun üçün iqtisadi, siyasi vəziyət imkanı var ya yoxdur.

Amerikanın Səsi: Hazırda həbsdə olan jurnalistlər və blogerlərin azad edilməsi çağırışlarına Azərbaycan hökuməti niyə reaksiya vermir?

Şahin Hacıyev: Bəyanatların təsiredici dövrü 10-15 Il bundan əvvəl keçib gedib. Yəni dövlət qurumları bu cür bəyanatlardan özlərini çoxdan sığortalayıb. Bəyanat verilirsə bu qiymət verəndir, bu ölkənin imicinə təsir edir. Lakin onun məcburi xarakteri olmadığına görə dövlət orqanları nəzərə almır.

Amerikanın Səsi: Mövcud durumda proqres əldə etmək üçün beynəlxalq və yerli qurumlar nə etməlidir?

Şahin Hacıyev: Burada sadə bir cavab və resept yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi siyasi və iqtisadi cəhətdən kifayət qədər müstəqildir. Ona görə də burada təsiredici nəticə əldə etmək üçün ən yüksək səviyyədə əlaqələr lazımdır. Misal üçün, İlham Əliyevin bu yaxınlarda Amerika səfərini yadımıza salaq. Sirr deyil ki, bu səfərdən əvvəl və bundan sonra hansısa bir razılıqlar əldə olunduğuna görə birdən-birə 14-15 nəfər siyasi məhbus, onların arasında da jurnalistlər azad edildi. Yəni beynəlxalq qurumlar deyəndə yalnız bu səviyyədə və bu cür addımlar xeyir edə bilər. Daxili vəziyyətə baxsaq, burada təəssüf ki, Azərbaycan jurnalistlərinin və təşkilatlarının imkanları çox məhduddur. Mən müstəqil və real jurnalistləri nəzərdə tuturam. Əslində vəziyyət acınacaqlıdır. Daxildən vəziyyətə təsir etmək çox çətindir. Ümid edək ki, vəziyyət dəyişəcək. Yəni haçansa real reformalar mətbuata, söz azadlığına da gəlib çatacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG