Accessibility links

Zərrin Nicati: “Dedim, siz oğlumu əziyyət etməyin, mən də müsahibə verməyim!” [Audio]


Şahrux Zamani
Şahrux Zamani
“Məni təhdid etdilər ki, oğlumun vəziyyəti ilə bağlı media ilə danışmayım. Mən də dedim, oğluma əziyyət verməyin, onunla yaxşı rəftar eləyin, üzbəüz görüşmə imkanı verin ki, mən də müsahibə verməyim.” Bunlar Qızıl Hasar zindanında mart ayının 11-dən aclıq aksıyasına başlamış güneyli əmək fəalı Şahrux Zamaninin anası Zərrin Nicatinin sözləridir. Oğlunun əməkçilərin hüquqlarını müdafiə etməkdən başqa heç bir günah işlətmədiyini deyən güneyli ana Amerikanın Səsi ilə söhbətində məhbus oğlunun zindan məsulları tərəfindən əziyyət və basqılara məruz qaldığını vurğulayıb.
Siyasi məhbus Şahrux Zamaninin anası Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:46 0:00

“Oğlumu Rəcayi-şəhr zindanından Qızıl Hasar zindanına, narkomanların yanına köçürüblər, o da buna etiraz edir və aclığa başlayıb. Siyasi məhbusun narkomanların yanında saxlanılması harada görünüb? Ona niyə əziyyət verirlər? Biz neçə gündür ağlayırıq, bu da İslam Cümhuriyyətinin bizə bayram günlərində verdiyi bayramlığı oldu,” deyə o söyləyib.
Ona əziyyət verirlər, vəkili ilə görüşməsinə icazə vermirlər. Şahrux qanunda olduğu kimi açıq havaya çıxmaq, ailəsi ilə telefonla danışmaq haqqının verilməsini istəyir.
Zərrin Nicati
“İndiki vəziyyət Şah dövründən daha pisdir. O dövrdə mənim qohumlarından biri həbsdə idi. Bayram günlərində heç olmasa üzbəüz görüşməyə icazə verərdilər... Şahruxun üzbəüz görüşmə haqqı yoxdur. Avtobusla Təbrizdən Kərəcə 10 saat yol gedirik, sadəcə 10 dəqiqə şüşə arxasından görüşməyə imkan verirlər,” Zərrin xanım qeyd edib.

Təbrizli ana oğlunun zindanda müxtəlif təzyiqlərlə üzləşdiyini deyib. “Ona əziyyət verirlər, vəkili ilə görüşməsinə icazə vermirlər. Şahrux qanunda olduğu kimi açıq havaya çıxmaq, ailəsi ilə telefonla danışmaq haqqının verilməsini istəyir.”

Zərrin xanım oğlunun hər hansı bir günah işlətmədiyini vurğulayıb. Onun sözlərinə görə Şahrux Zamani bir işçi və işçi birliyi üzvü kimi zəhmətkeşlərin hüquqlarından müdafiə edib. Onların sığorta ilə təmin edilməsini istəyib.
Biz neçə gündür ağlayırıq, bu da İslam Cumhuriyyətin bizə bayram günlərində verdiyi bayramlığı oldu.
Zərrin Nicati
Hazırda 2011-ci ildə məhkum olduğu 11 illik həbs cəzasını çəkməkdə olan Şahrux Zamaniyə qarşı tətbiq edilən basqılar sadəcə zindan məsullarının əziyyətlərindən ibarət olmayıb. Zindanda ikən yeni ittihamlar və mühakimələrlə üzləşən Zamani Təbriz İnqilab məhkəməsi tərəfindən “İranın ali ruhani liderini təhqir etmək” maddəsi ilə günahlandırılaraq 6 ay ələvə həbsə məhkum edilib.

Zərrin Nicatinin sözlərinə görə, zindan məsulları başqa bir məhbusu məhkəmədə Şahruxa qarşı şahidlik etməyə məcbur ediblər:

“Mən də o məhkəmədəydim. Oğluma qarşı şahidlik edən özü mənə dedi ki, zindan məsulları onu təhdid edərək buna məcbur ediblər. Onların dediyinə görə, oğlum həbsxanada telviziyaya baxdığı zaman İranın ali rəhbərinə alçaldıcı sözlər deyib.”

Xanım Nicatı Amerikanın Səsi vasitəsilə hüquq müdafiəçiləri o cümlədən, BMT-nin İranda insan haqları durumu üzrə xüsusi nümayəndəsi Əhməd Şahid, eləcə də jurnalistlər və milli fəallara müraciət edib:

“İnsan haqları fəalları, türk qrupları və Əhməd Şəhiddən istəyirəm ki oğlumu müdafiə etsinlər. O, heç nə etməyib. Ancaq işçilərin haqqını müdafiə edib... Ola bilər ki, Ettelaat həbsxanasında saxlanıldığı zaman, təzyiqlərə dözməyib və məsullara qarşı ağır sözlər deyib... Bu qədər, başqa heç bir günahı yoxdur.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG