Accessibility links

Ukrayna hərbçiləri və separatçılar bir-birini atəşə tutmaqda ittiham edib


Cümə axşamı Rusiyanın dəstəklədiyi separatçılar və Ukrayna qüvvələri bir-birini Ukraynanın şərqindəki atəşkəs xəttini pozmaqda ittiham edərək Qərbin Rusiyanın istənilən gün mümkün müdaxiləsi barədə xəbərdarlıqları fonunda narahatlıqlarını artırıb.

Cəbhə xətti boyunca atəşə tutulması ilə bağlı xəbərlərin gərginlik olub-olmadığını və ya onların təxminən səkkiz ildir davam edən münaqişə boyu ümumi olan atəşkəsin pozulması modelinə uyğun olub-olmadığını müəyyən etmək hələlik mümkün deyil.

İki separatçı bölgədən biri olan özünü “Luqansk Xalq Respublikası” elan edən tərəf bildirib ki, Ukrayna ordusu cümə axşamı minaatanlardan, reaktiv yaylım atəşindən və pulemyotlardan istifadə edib.

Separatçıların fikrincə, Ukrayna silahlı qüvvələri Minsk razılaşmalarına uyğun olaraq geri çəkilməli olan ağır silahlardan istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozub.

Öz növbəsində, Ukrayna hərbçiləri separatçılara istinad edərək bildiriblər: “Rusiya işğalçı qoşunları xüsusi kinsizliklə Luqansk vilayətinin Stanitsia Luqanska kəndini atəşə tutub. Terrorçuların ağır artilleriyadan istifadə etməsi nəticəsində mərmilər uşaq bağçasının binasına düşüb. İlkin məlumatlara görə, iki mülki şəxs mərmi zərbələri alıb”.

Ukrayna hərbi qərargahı bildirib ki, Rusiyanın dəstəklədiyi separatçılar gecə yarısından bəri atəşkəs rejimini 29 dəfə pozublar ki, bu da orta səviyyədən xeyli yüksəkdir. Bir ukraynalı əsgər və iki mülki vətəndaşın yaralandığı bildirilir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Stanitsa Luqanska ağır silahlardan atəşə tutulub. O, Rusiyanı “onsuz da gərgin vəziyyət fonunda” Minsk razılaşmalarını pozmaqda ittiham edib.

Luqansk vilayətinin Ukraynanın nəzarətində olan Popasna şəhəri administrasiyasının mətbuat xidməti də mərminin atışma zamanı şagirdlərin olduğu liseyin həyətinə düşdüyünü bildirib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanı Donbassdakı vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski qayıqla Azov dənizi üzərindən Donbassdakı hərbi əməliyyatlar zonasına yola düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG