Accessibility links

Suriyalı üsyançılar şərqi Qutadan təxliyə edilir


1500-dən artıq suriyalı üsyançı döyüşçü və onların ailələri Dəməşq şəhər kənarında yerləşən şərqi Quta ərazisindən təxliyə edilir. Bununla da ordu paytaxtı tam olaraq geri almağa daha da yaxınlaşır.

Suriyalı üsyançılar və hökümət arasındakı təxliyə razılığı Rusiyanın vasitəçiliyi ilə əldə edilib.

Harasta şəhərindən çıxan onlarla ağ avtobus üsyançıların hələ də nəzarətində olan İdlibə yola düşüb.

Üsyançıların rəsmiləri bildirirlər ki, təxliyə prosesinin bir neçə gün davam edəcəyini ehtimal edirlər. Nəticədə şərqi Qutada müxalifətin nəzarətində yalnız iki anklav qalacaq.

Döyüşlər ərzində 1500-dən çox insan həlak olub və şəhəri tərk edə bilməyən və ya tərk etmək istəməyən mülki əhalini ərzaq qıtlığı və tibbi dəstəkdən məhrum vəziyyətə qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG