Accessibility links

Suriya höküməti Suriyanın Şərqi Quta bölgəsinə humanitar yardımın çatdırılmasına icazə verib


Birləşmiş Millətlər Təşkilatı bir neçə aydan sonra ilk dəfədir ki, Suriyanın Şərqi Quta bölgəsində mühasirədə qalmış minlərlə insana humanitar yardımın həyata keçirilməsinə başlayıb. Suriya rəsmiləri BMT-nin konvoyuna nəhayət ki, əraziyə daxil olmaq icazəsi verib.

Bir neçə beynəlxalq agentliyin göndərdiyi yardım konvoyu 180,000 insan üçün nəzərdə tutulan qida, dərman və digər yardım tədarükü daşıyır. Konvoyun hissəsi olan BMT-nin Uşaq fondu 70,000 uşaq üçün yardım ayırıb.

Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən 1000-ə yaxın insan təcili tibbi müayinə üçün Şərqi Quta ərazisindən təxliyə edilməlidir. UNICEF rəsmisi bildirir ki, həmin insanların arasında çox uşaqlar və bu əməliyyatın reallaşdırılması üçün hələlik icazə əldə edilməyib.

UNICEF rəsmiləri Şərqi Quta bölgəsində yaşayan 200,000 uşağa kifayət edəcək qədər yardım göndərə bilmədikləri üçün təəssüfləndiklərini bildirirlər. Bununla bərabər, humanitar yardımların həyata keçirilməsinin davam edildiyi halda bölgədə yaşayan 400,000 insanın hər birinə yardım göstərmək mümkün olacaqlarını əlavə edilər.

XS
SM
MD
LG