Accessibility links

Milli fəal Mehrdad Şeyxi 6 aylıq həbs cəzasına məhkum edilib


Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanının Ərdəbil şəhərindən olan milli fəal Mehrdad Şeyxi 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.

Şeyxi fevral ayının 27-də məhkəmənin icra bölməsi tərəfindən 6 aylıq həbs cəzası ilə əlaqədar ona göndərilən bildirişi aldıqdan sonra cəzasını çəkmək üçün həbsxanaya gedib.

2019-cu ilin noyabr ayında İranın müxtəlif şəhərlərində benzinin bahalaşması nəticəsində baş qaldıran kütləvi etirazlarla əlaqədar Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Mehrdad Şeyxi Ərdəbil İnqilab Məhkəməsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə bir il həbs cəzasına məhkum edilmişdi.

Ərdəbil İnqilab məhkəməsi tərəfindən verilən bu hökm Apellyasiya Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına endirilib.

Şeyxi 2019-cu ilin noyabr ayının 20-də İran hökumətinin Kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən atasının evində tutulub və 11 gün sonra 30 milyon tümənlik girov müqabilində sərbəst buraxılmışdı. Mehrdad hazırda Tehranın Evin həbsxanasında saxlanılan türk dili hüquqları fəalı Behnam Şeyxinin qardaşıdır.

XS
SM
MD
LG