Accessibility links

Şimali Koreya amerikalı tələbəni azad edib


Şimali Koreya 2016-cı ildə təbliğat posterini oğurlamaq cəhdi ilə əlaqədar 15 il həbsə məhkum olmuş amerikalı tələbəni azad edib. ABŞ dövlət katibi Reks Tillerson bununla bağlı bəyanatla çıxış edib.

Tillersonun bəyanatında deyilir ki, 22 yaşlı Otto Varmbiyer həbsxanadan azad edilib və hazırda Birləşmiş Ştatlara qayıdır.

Washington Post qəzeti Varmbiyerin Şimali Koreyadan koma vəziyyətində evakuasiya edildiyi haqda məlumat verib. Varmbiyerin bu gün Ohayo ştatında dogma Sinsinatti şəhərinə qayıtdığı bildirilir. Qəzetin yazdığına görə, o, artıq bir ildən artıqdır koma vəziyyətindədir.

Varmbiyerin azad edilməsi xəbəri sabiq basketbol ulduzu Dennis Rodmanın çərşənbə axşamı günü Şimali Koreyaya səfər etdiyi günə təsadüf edir. Rodman səfərin ABŞ prezidenti Donald Tramp və Pxenyan liderləri arasında “qapıların açılmasına” xidmət edəcəyinə ümid bəslədiyini bildirib.

Basketbol ulduzu Dennis Rodman Pxenyanda Sunan beynəlxalq hava limanında
Basketbol ulduzu Dennis Rodman Pxenyanda Sunan beynəlxalq hava limanında

Rodman Şimali Koreya lideri Kim Yonq Unla dost münasibətlərə malikdir. O bundan əvvəl 2013-cü ildə Şimali Koreyaya səfəri zamanı Milli Basketbol Assosiasiyasının keçmiş ulduzlarından ibarət komandanın oyunun təşkil etmiş və Kim Yonq Un üçün Happy Birthday mahnısını ifa etmişdi.

Kim Yonq Unun basketbol həvəskatı olduğu deyilir. O, Rodmann 1990-cı illərdə oynadığı Chicago Bulls komandasının azarkeşidir.

ABŞ dövlət katibinin yardımçısı Tomas Şannon müxbirlərə bildirib ki, Birləşmiş Ştatlar hökuməti Rodmanın səfərindən xəbərdardır. Lakin o qeyd edib ki, Rodman Şimali Koreyaya fərdi şəxs kimi səfər edir.

Dövlət katibi Tillerson bəyanatında Rodmanın səfərinə toxunmayıb, lakin bildirib ki, Varmbiyerin azad edilməsi prezident Trampın göstərişi əsasında Dövlət Departamenti tərəfindən təmin edilib.

XS
SM
MD
LG