Accessibility links

Şimali Koreyanın ballistik raket atdığı bildirilir


Şimali Koreya tərəfindən balllistik raket buraxıldığı deyilir.

Cənubi Koreyanın hərbi qüvvələrinin rəsmilərinə istinadən raketin şərq istiqamətində trayektoriya üzrə hərəkət etdiyi bildirilir. Rəsmilərin ABŞ hərbi qüvvələri ilə əməkdaşlıq edərək raket sınağı ilə bağlı təhlil apardığı haqda məlumat verilir.

“Biz Şimali Koreya tərəfindən ehtimal olunan raketin buraxıldığını qeydə almışıq. Biz əldə etdiyimizdə əlavə məlumat verəcəyik”, Pentaqonun sözçüsü Robert Manninq deyib.

Pxenyanda dəmir yolu stansiyasında quraşdırılmış ekranda strateji ballistik raketin buraxılması göstərilir, 16 sentyabr 2017
Pxenyanda dəmir yolu stansiyasında quraşdırılmış ekranda strateji ballistik raketin buraxılması göstərilir, 16 sentyabr 2017

ABŞ kəşfiyyatının zabiti Amerikanın Səsinə Birləşmiş Ştatların bu inkişaflardan “təəccüblənmədiyini” bildirib.

Biz Şimali Koreya tərəfindən ehtimal olunan raketin buraxıldığını qeydə almışıq. Biz əldə etdiyimizdə əlavə məlumat verəcəyik.
Pentaqonun sözçüsü Robert Manninq

Ağ Evin mətbuat katibi prezident Donald Trampın “raket hələ səmada olan zaman Şimali Koreya ilə bağlı vəziyyətə dair məlumatlandırıldığı” haqda Twitter səhifəsində mesaj yazıb.

Sonuncu dəfə Şimali Koreya tərəfindən ballistik raket sentyabr ayında buraxılmışdı. Bu gün hansı tipli raketin buraxıldığı aydın deyil.

Yaponiyada nazirlər kabinetinin böhran qrupu fövqəladə iclas üçün toplanıb. Yaponiyanın nazirlər kabinetinin katibi rəsmi Tokyonun raket buraxılmasına “ciddi şəkildə etiraz etdiyini” bəyan edib.

Şimali Koreyanın yeni raket buraxması ilə bağlı məlumatlar ABŞ və Cənubi Koreyanın beş gün sürəcək birgə təlimlərə hazırlaşdığı ərəfədə verilir. Dekabrın 4-dən 8-nə qədər keçiriləcək təlimlərdə minlərlə hərbi personal və 230-dan çox hərbi təyyarə iştirak edəcək. Birgə təlimlər zamanı ilk dəfə olaraq Cənubi Koreyaya F-22 Raptor tipli altı döyüş təyyarəsi gətiriləcək.

Pxenyan müntəzəm olaraq hərbi təlimləri təhdid dilindən istifadə edərək qınayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG