Accessibility links

Şimali Koreya BMT-ni ABŞ-da insan haqları pozuntularını müzakirə etməyə çağırıb


Şimali Koreya BMT Təhlükəsizlik Şurasından Pxenyanın insan haqlarını pozmasını təhqiq etmək əvəzinə ABŞ-ın insan haqları sahəsində “qəddar” və “orta ərslərə aid” kimi təsvir etdiyi pozuntuları araşdırmasını tələb edib.

Bazar ertəsi göndərilən məktubda Şimali Koreyanın BMT-dəki səfiri Ca Sonq Nam Şimali Koreyaya qarşı insan haqlarıilə bağlı ittihamların “qondarma" olduğunu və bunun regional və beynəlxalq sülh və təhlükəsizlikklə heç bir əlaqəsi olmadığını bildirib.

O deyib ki, bunun əvəzinə beynəlxalq sülhün pozulmasının qarşısının alınması üçün Mərkəzi Kəşfiyyat Agentliyinin işgəncə cinyətləri təcili surətdə Təhlükəsizlik Şurası tərəfindən müzakirə olunmalıdır.

Cənab Ca öz açıqlamalarında ABŞ Senatının ötən həftə Mərkəzi Kəşfiyyat Agentliyinin tətbiq etdiyi qəddar dindirilmə üsulları ilə bağlı yaydığı hesabata istinad edib.

Dünyada insan haqları sahəsində pozuntulara ən çox yol verən Pxenyan bu hesabata istinad edərək, ABŞ-ın digər ölkələrdə insan hüquqlarının durumu ilə bağlı mülahizələr irəli sürməyə haqqı olmadığını bildirib.

Bazar ertəsi BMT Təhlükəsizlik Şurası Şimali Koreyada insan haqları ilə bağlı vəziyyətini gündəmə salınmasına səs verib. Rəsmilər bu məsələnin gələn çərşənbə axşamı və ya çərşənbə günü müzakirə olunacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG