Şimali Koreyanın Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki, ABŞ dövlət katibi Mayk Pompeo ilə müzakirələr “təəssüfedici” keçib. Nazirlik əlavə olaraq Vaşinqtonu Pxenyanı birtərəfli qaydada nüvə silahları proqramına xitam verməyə məcbut etməyə çalışdığını deyib.
Nazirliyin adı hallanmayan sözçüsünün bu bəyanatı Pompeonun iki günlük Pxenyan səfərinin Şimali Koreyanın hakim partiyasının yüksək vəzifəli rəsmisi Kim Yonq Çol ilə görüşü ilə yekun vurmasından bir neçə saat sonra verilib.
Bəyanatda deyilir ki, danışıqların hansı nəticə verə bilcəyi narahatlıq doğurur: “Müzakirələr bizim indiyədək dəyişilməz qalan nüvəsizləşdirmə istəyimizə təsir edə biləcək təhlükəli mərhələyə keçib.”
Şimali Koreyanın rəsmi KCNA xəbər agentliyi danışıqları “son dərəcə narahat edici” adlandırıb və Xarici İşlər Nazirliyinin sözüçüsdən sitat gətirərək bildirib ki, nüvə silahından azad olan Koreya yarımadasına nail olmağın ən sürətli yolu ikitərəfli yanaşmadır.