Accessibility links

Şimali Koreya qitələrarası raketinin sınağını uğurla keçirdiyini bildirir


Şimali Koreya çərşənbə axşamı qitələrarası ballistik raketinin sınağını uğurla həyata keçirdiyini bildirib.

Dövlət televiziyasından verilən məlumata görə, ballistik raket 39 dəqiqə havada olaraq, 2,800 kilometr hündürlüyə çatdıqdan sonra Yapon dənizinə düşüb.

Pxenyan uzun zamandır ki, ABŞ-ın ölkəyə tədbiq etdiyi iqtisadi sanksiyalara cavab olaraq, nüvə başlığını Amerikaya qədər çatdıra biləcək raket üzərində çalışır.

Cənubi Koreya prezidenti Mun Ce-in Pxenyana nüvə proqramını dayandırmalı olduqları ilə bağlı xəbərdalıq verib.

ABŞ prezidenti Donald Tramp isə öz Twitter hesabından Çini nüfuzundan istifadə edərək Şimali Koreyaya təsir etməli olduğunu bildirib.

Çinin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda tərəfləri təmkinli olmağa çağırıb.

Ağ Evdən verilən məlumata görə, Tramp və Çin prezidenti Şi Tsinpinq bazar günü telefon danışıqları zamanı “Koreya yarımadasının nüvəsizləşdirməsi istiqamətində öhdəlikləri” müzakirə ediblər.

XS
SM
MD
LG