Accessibility links

Şimali Koreya bir neçə qısamənzilli raket sınağı keçirib


Şimali Koreya aprelin 14-də bir neçə qısamənzilli raketləri sınaqdan keçirib.

Bu son hərbi provokasiya qonşu Cənubi Koreyanın ümumilli seçkilərindən cəmi bir gün əvvələ təsadüf edir.

Cənubi Koreyanın hərbi rəsmiləri kruiz raketlərinin şərq sahillərinə, hava-quru raketlərinin isə qırıcı təyyarədən atıldığını bildirib.

Bu il sınaqların beşinci raundunu keçirən Şimali Koreya Cənubun seçkilərindən öncə bu kimi sınaqlar həyata keçirməklə seçicilərə və Seul hökumətinə təzyiq göstərməyə çalışır.

Aprelin 15-də Cənubi Koreyada 300 yerlik Milli Assableya üzvləri seçilməlidir. Nəticələr Mun Cey-İnin 5 illik prezidentlik dövrünün ikinci yarısını müəyyən edəcək.

Şimali Koreya ilə əlaqələrə üstünlük verən Mun dünyada koronavirusla mübarizədə ən effektiv lider kimi tanınır. O, Şimali Koreyanın seçkilərə təsirinə inanmır.

“Şimali Koreya Cənubi Koreyanın seçkilərinə müdaxilə tendensiyasına malikdir. İndiki dövrdə Seulda Şimali Koreya ilə münasibətlərə çox yer verilmir. Belə ki, COVID-19 daha çox siyasi təsirə malikdir” - deyə, Seuldakı Evha Universitetinin professoru Leyf Erik İsli bildirib.

Şimali Koreyanın provokasiyalarına normal zamanlarda belə Seul tərəfindən ciddi reaksiya verilmir. Son raket sınaqlarına dair xəbərlər pandemiya xəbərləri ilə müqayisədə diqqətsiz qalacaq.

Raket sınaqları Şimali Koreyaya bu sahədəki texnologiyasını təkmilləşdirmək imkanı verməklə yanaşı, onun koronavirusla mübarizədə ölkədaxili etimadını da nümayiş etdirir.

Pxenyan ölkədə karanavisua yoluxma faktlarını olmadığını bildirir.

Bu yaxınlarda ABŞ-ın Cənubi Koreyadakı generalı Robert Abrams bu iddialara inanmadığını deyib.

Amerikanın Səsinə müsahibəsi zamanı Abrams bildirib ki, bizdə olan məlumatlar bunun qeyri-mümkünlüyünü göstərir.

Çində virusun baş qaldırmasından sonra Şimali Koreya sərhədlərini bağlamağa çalışdı. Bu addım bütün dünya ölkələrində olduğu kimi mühacirət məhdudiyyətlərini nəzərdə tuturdu. Lakin sərhədlərin tam bağlanması mümkün deyil. Belə ki, Şimalın iqtisadiyyatı həm rəsmi, həm də qeyri-rəsmi olaraq Çindən asılıdır.

Şimali Koreyada virusun yayılması humanitar fəlakətə səbəb ola bilər. Çünki bu ölkədə lazımi dərman və infrastruktur mövcud deyil. Lakin qlobal yardım agentlikləri Şimali Koreyaya tibbi yardım göndərir, baxmayaraq ki, Pxenyan nüvə silahı proqramına görə beynəlxalq sanksiyalar altındadır.

BMT-nin qətnamələrinə əsasən bu ölkədə istənilən ballistik raket proqramı qadağan edilib.

ABŞ prezidenti Donald Tramp isə deyir ki, Şimali Koreyanın qısamüddətli raket sınaqları onu narahat etmir.

XS
SM
MD
LG