Accessibility links

Cənubu Koreya bildirir ki, şimal qonşusu bir neçə “quru-gəmi” raketlərinin sınağını keçirib.

Seulun Ordu Qərargahından verilən məlumata görə, raketlər Şimali Koreyanın şərq sahilində yerləşan Vosan şəhərindən atılıb.

Bu, Şimali Koreyanın son ayda keçirdiyi dördüncü, BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı tədbiq ediləcək əlavə sanksiyalar qərarından sonra ilk raket sınağıdır.

Eyni zamanda, Cənubi Koreya ABŞ-ın mübahisələrə səbəb olmuş raket əleyhinə müdafiə sisteminin quraşdırılmasını həmin sistemin ətraf mühitə təsirini araşdırılana qədər dayandıracağını bildirib.

Cənubi Koreyanın Seonqju adlı cənub vilayətində iki raketatan qurğunun quraşdırılması ərazidə yaşayan insanların kəskin etirazına səbəb olmuşdu.

Seul Şimali Koreyadan gələn nüvə silahı təhlükəsinə cavab olaraq güclü raket əleyhinə müdafiə sisteminin quraşdırılmasına razılıq vermişdi. Xatırladaq ki, Çin öz təhlükəsizliyinə zidd olduğunu üçün bu addımın atılmasına qarşı idi.

XS
SM
MD
LG