Accessibility links

ABŞ Sakit Okean Komandanlığı Şimali Koreyanın üç raket buraxdığını təsdiq edib


Birinci və üçüncü raket 250 kilometr məsafə qətt etsə də, heç biri Şimali Amerika və ya Şimali Koreyaya ən yaxın ABŞ ərazisi olan Quama təhlükə törətmirdi

ABŞ Hərbi Dəniz Qüvvələri, Şimali Koreyanın, cümə günü bir neçə qısa mənzilli ballistik raket buraxdığını təsdiq edib. Həmin raketlərin heç biri hədəf vurmayıb.

ABŞ Sakit Okean Komandanlığının sözçüsü bildirib ki, üç ballistik raket saat 22:00-da, bir-birindən 10 dəqiqə intervalla buraxılıb. Sözçünün ilkin sözlərinə görə, birinci və üçüncü raketin uçuşu uğursuz olmuş, ikinci raket isə buraxılan kimi partlamışdır. Lakin dəyərləndirmələrdən sonra məlum olub ki, birinci və üçüncü raket 250 kilometr məsafə qət edib.

Sözçü həmçinin bildirib ki, raketlərin heç biri Şimali Amerika və ya Şimali Koreyaya ən yaxın ABŞ ərazisi olan Quama təhlükə törətmirdi. O, əlavə edib ki, ABŞ silahlı qüvvələri Şimali Koreyanın addımlarını diqqətlə müşahidə edir.

Ağ Evin yaydığı bəyanatda prezidentə Şimali Koreyanın addımları ilə məlumatın verildiyi və administrasiyanın vəziyyəti izlədiyi bildirilir.

Daha öncə, Cənubi Koreya ordusunun birgə komandanlığı Şimali Koreyanın Qitdaeryonq ərazisindən bir neçə raketin buraxdığı və bunun hərbi məşğələlərin hissəsi olduğunu hesab etdikləri bildirmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG