Accessibility links

Washington Post: Şimali Koreyada yeni raketlər hazırlanır


Washington Post qəzeti ABŞ kəşfiyyat agentliyinin peyk fotoları vasitəsilə Şimali Koreyanın yeni raketlər hazırladığına dair işarələr olduğunu müəyyən etdiyini yazır.

Kəşfiyyat rəsmilərinin anonimlik şərti ilə qəzetə bildirdiyinə əsasən, Sanumdong obyektində işlər hələ də davam edir və orada ən azı bir raket hazırlanır.

Eyni zamanda bildirilir ki, Sohae Peyk Uçuşu Stansiyasında işlər dayandırılıb. Fotolar vasitəsilə Şimali Koreyanın şimal-qərbində yerləşən bu stansiyada işçilərin mühərrik sınağı stendini sökdüyü görünüb.

Qəzetin yazdığına görə, çox sayda təhlilçi və müstəqil ekspert Sohae sahəsinin sökülməsini simvolik görür və deyilir ki, sınaq stendi asanlıqla bir neçə ay ərzində yenidən tikilə bilər.

Keçən ay Sinqapurda keçirilən zirvə toplantısında Şimali Koreya prezidenti Kim “Koreya yarımadasının tam nüvəsizləşdirilməsi” ilə razılaşıb. Lakin Kim və Trampın imzaladığı sənəddə bunun necə və nə zaman baş verəcəyi qeyd edilməyib.

Keçən həftə ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyanın nüvə proqramından əl çəkəcəyini söz verməsinə baxmayaraq, hələ də nüvə bombaları üçün yanacaq istehsal etdiyini deyib.

Lakin bununla bərabər Pompeo qanunvericilərə Şimali Koreya ilə hal-hazırda keçirilən danışıqlarda nüvəsizləşdirilmə istiqamətində hərəkəti “təsdiq edən sübutlar” olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG