Accessibility links

Şimali Koreya Cənubi Koreya ilə sərhədlərarası kommunikasiya kanalını açıb


Şimali Koreya Cənubi Koreya ilə sərhədlərarası kommunikasiya kanalını yenidən açıb. Bu, uzun illər davam edən gərginlikdən sonra münasibətlərin yaxşılaşmasına doğru atılan ilk əhəmiyyətli addımdır.

Cənubi Koreya rəsmiləri bu gün Şimali Koreya rəsmilərindən şimalı cənubdan ayıran sərhəddə yerləşən qaynar xətt vasitəsi ilə zəng qəbul etdiklərini deyib.

Koreyalararası münasibətlərə nəzarət edən Şimali Koreya agentliyinin rəhbəri deyib ki, onun ölkəsi cənubla “səmimi mövqe və dürüst davranış” nümayiş etdirməklə əlaqə yaratmaq marağındadır.

Bu arada, ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Pxenyanın bu həftə digər bir ballistik raket sınağı həyata keçirmək istədiyinə görə Şimali Koreyanın beynəlxalq səviyyədə mühakimə edilməsinə çağırıb.

“Mən ümid edirəm ki, bu baş verməyəcək. Amma bu baş versə, biz Şimali Koreya rejiminə qarşı daha da sərt ölçülər tətbiq etməliyik. Sivil dünya birgə və həssas olmaqda davam etməlidir. Biz heç zaman nüvə silahına malik Şimali Koreyanı qəbul etməyəcəyik”, deyə Nikki Heyli bildirib.

Çərşənbə axşamı prezident Tramp Şimali Koreya liderinin Yeni İl müraciətində nüvə düyməsinin hər zaman onun yazı masasının üzərində olmasını deməsinə cavabında daha sərt mövqe nümayiş etdirib.

Tramp Tviterdə “Onun ac rejimində kimsə onu məlumatlandırsın ki, mənim də nüvə düyməm var. Amma o daha böyük və daha güclüdür və mənim düyməm əslində işləyir!” yazıb.

Ötən il Şimali Koreya üç qitələrarası ballistik raket və özünün altıncı və ən güclü nüvə sınağını həyata keçirib.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG