Accessibility links

Şimpanze qaçaqmalçılığı [Video]


Şimpanze qaçaqmalçılığı
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Atıq 20 ildən çoxdur Siyerra-Leonenin “Takuqama Şimpanze Qoruğu” yetim və qaçaqmalçılığa məruz qalan şimpanzeləri qəbul edir. Lakin bu heyvanların nəslinin kəsilməsi problemi hələ də qalmaqda davam edir.

Bu qaçaqmalçılıq qurbanları olan şimpanzelər buraya ac, yaralı və travma almış vəziyyətdə gətirilib. Lakin indi onların vəziyyəti yaxşıdır.

1995-ci ildən bəri Fritaun yaxınlığında yerləşən milli parkdakı “Takuqama Şimpanze Qoruğu” 77 qaçqın şimpanze tapıb. "Takuqama Şimpanze Qoruğu”nun müdiri Villi Taker: “Əslində bu, evlərdə saxlanılan şimpanzelərin reabilitasiya proqramıdır. Buradakı şimpanzelərin 99 faizi şəxsi evlərdən gətirilib.”

Şimpanze qaçaqmalçılığı bu meymunların nəslinin kəsilməsinə səbəb olan amansız bir biznesdir. “Şimpanzenin hansısa evdə olması onu ələ keçirərkən bir neçə şimpanzenin öldürülməsi deməkdir. Yəni bir körpə şimpanzeni ələ keçirmək üçün əvvəlcə onun anası öldürülür, sonra isə atası və qohumları öldürülür” deyə, Villi Taker bildirir.

Bu şimpanze qoruğu Avropa Birliyi, bir neçə qərb heyvanxanası və ekologiya tərəfdarı qrupları tərəfindən maliyyələşdirilir.

Takuqamaya təzə gətirilən şimpanzelərə sağlam yeməklər verilir, onlara peyvənd vurulur və bundan sonra onlar digər şimpanzelərlə bir araya gətirilir. Lakin şimpanzelər meşədə yaşamalıdır.

Bir müddətdən sonra onlar yarı-vəhşi bir əraziyə köçürülür. Belə görünür ki, bu şimpanzelər heç vaxt əsl meşəyə qayıtmayacaqlar. “Görünür onlar insanlarla yaşamağa alışıb. Hətta 20-30 il cəngəllikdə qaldıqdan sonra belə onlar geri, insanlara dönə bilər.”

Onların vəhşi qohumları isə digər təhlükələrlə üzləşir. Meşələr elə sürətlə kəsilir ki, 2010-cui ildə hökumət təbii meşənin cəmi 5 faiz qaldığını bildirib. Villi Taker: “Bütün ölkə boyu 5 min 500-ə qədər şimpanze qalıb. Onlar çox böyük təhlükə qarşısındadır. İnsanlar sürətlə meşələri qırır. Meşə sahələri yavaş-yavaş kiçilir.”

Heç olmasa Takuqamadakı təhlükəsiz şəraitdə şimpanzelər rahat oynaya bilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG