Accessibility links

Təbrizli fəal Davud Şiri həbs cəzasının tətbiqi üçün məhkəməyə çağırılıb


Təbrizli fəal Davud Şiri həbs cəzasının tətbiqi üçün məhkəməyə çağırılıb.

Davud Şiri öz İnstagram hesabında məhkəmənin elektron bildirişinin surətini paylaşıb. Həmin bildirişə görə, 30 gün ərzində Şirinin məhkəməyə gedərək özünü təslim etməsi, əks halda zəmanət məbləğinin dövlət tərəfindən müsadirə ediləcəyi qeyd edilir. Bildiriş Təbriz Cinayət Məhkəməsinin 11 saylı şöbəsi tərəfindən verilib.

Fəalın məhkəmə tərəfindən çağırılması onun 6 aylıq həbs cəzasının tətbiq edilməsi ilə əlaqədar olduğu bildirilir.

Davud Şiri ilkin məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilmişdi. Apellyasiya Məhkəməsi isə bu hökmü 6 aya endirib. O, “rejimə qarşı təbliğat aparmaq” və “GAMAC adlı təşkilata üzv olmaq” ittihamları ilə mühakimə edilərək, 3 il həbsə məhkum edilmişdi.

Davud Şiri 2019-cu ilin noyabrında İranda benzinin qiymətinin qəfildən artması ardından baş qaldıran etirazlar zamanı nəzarət altına alınmışdı. Həmin etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı hökumət tərəfindənöldürülüb, minlərlə vətəndaş həbs edilmişdi.

XS
SM
MD
LG