Accessibility links

Ayaqqabı sərgisi [Video]


Ayaqqabı sərgisi
please wait
Embed

No media source currently available

0:00 0:02:54 0:00

Ayaqqabı uzun zamandır artıq istifadə mahiyyəti daşımır. Əsrlər boyu ayağı qorumaq məqsədilə istifadə edilən ayaqqabı artıq sahibinin sosial statusunun göstəricisinə, bəzən də sənət əsərinə çevrilib. Nyu-Yorkun Cəmiyyətin Tarixi muzeyində “Bu Yolla Addımla” adlı yeni sərgi nümayiş etdirilir.

Nyu-Yorkun Cəmiyyətin Tarixi Muzeyində açıq sandallardan tutmuş hündürdabanlara qədər bahalı dəridən hazırlanmış 100-dən çox sarıqlı, naxışlı, bəzəkli ayaqqabı nümayiş etdirilir. Valeri Peli ayaqqabıların nadir ensiklopedik tarixini bilən bir tarıxçidir. “XIX əsrdə ayağın hansısa hissəsinin görünməsi bir az erotik hesab edilirdi. Buna görə də sağ və ya sol ayağı göstərmək istəmirdilər. Bunun üçün də sağı soldan fərqləndirən ayaqqılar tikilmirdi. "

Lakin ayaqqabı demək olar ki, bütün zamanlarda rahat və sərfəli olmaqla yanaşı, həm də dəb göstəricisi olub. Məsələn, qadınlara səsvermə hüququ hərəkatı zamanı yürüşlərdə iştirak edən qadınların ayaqqabıları hərəkata uyğun olmalı idi. “Beləliklə, sizin rahat, üstü düyməli, dünyaya “bəli, mən işgüzar qadınam” deyən ayaqqabınız olmalı idi” deyə, Valeri Peli bildirir.

Qadınlar səsvermə haqqını qazandı və bu onlar üçün yeni bir dövrün başlanğıcı idi. Onlar rəqs edə blər, gözəl vaxt keçirə bilərdi. Valeri Peli: “Yeni qadın – birdən-birə daha mustəqil, yalnız dəvət zamanı deyil, istədiyi vaxt küçəyə rahat çıxa bilən bir qadın idi.”

Lakin dəbin dəyişməsi yeni, narahat bir dövrə yol açdı. Zolaqlar və bağlar, qızılllı və parıltılı ayaqqabılar qadınları inanılmaz bir reallığa aparırdı. “Oskar mükafatı təqdimatı zamanı insanlar “Qırmızı xalı” üzərində yalnız bahalı zinət əşyalarına və paltarlara baxmır, onlar milyonlarla dollar qiyməti olan ayaqqabılara da baxır” deyir, Valeri Peli.

2002-ci ildə aktrisa Laura Harrinq “Qırmızı xalı”ya 464 brilyant daşı olan ayaqqabıda gəlmişdi. Həmin brilyantlar sonra satılaraq, Swarovski daşları ilə əvəz olundu. O vaxtdan sonra ayaqqabı lüks obyektə çevrildi. Lakin ayaqqabı bizə başqa hekayələr də anladır. “Bu, Salvatore Ferraqamonun dizany etdiyi kişi ayaqqabısını bir vəkil 2001-ci il sentyabrın 11-i Dünya Ticarət Mərkəzinə işə gedərkən geyinmişdi. Bu ayaqqabı ona 50-dən çox pilləkənlərlə aşağı qaçmağa və evinə qədər uzun bir yolu qət etməyə imkan verib. Evə gəldikdən sonra o, bu ayaqqabıları tullayıb.”

İnsan hekayəsini – mübarizə simvolumuzu, xəyallarımızı, keçdiyimiz yolları yalnız Ferraqamo kimi dizaynerlərin ayaqqabıları izah edə bilər.

XS
SM
MD
LG