Accessibility links

Praqanın Karlovo Universitetinə silahlı hücum olub, azı 15 nəfər ölüb


Çex polisinin X sosial şəbəkəsində bildirdiyinə görə, Praqanın Yan Palax meydanında yerləşən Karlovo Universitetinin binasında silahlı hücum nəticəsində ölən və yaralananlar var.

Praqa Tibbi Xilasetmə Xidmətinin bildirdiyinə görə, hadisə nəticəsində azı 15 nəfər ölüb. Həkimlər 24 nəfərin yaralandığını bildirib.

Ceske Noviny agentliyinin məlumatına görə, hadisə Fəlsəfə fakültəsində baş verib. Fakültə tələbələrinin bəziləri sinif otaqlarında gizlənib, digərləri isə hadisə yerinə gələn xilasedicilər və polis tərəfindən təxliyə edilib.

"Hazırda bütün bina evakuasiya edilib. Hadisə yerində bir neçə ölü və onlarla yaralı var" - deyə, Çex polisi bildirib.

Praqa şəhərinin meri Boquslav Svoboda hücumçunun hündürlükdən tullanaraq öldüyünü bildirib. İlkin məlumata görə, o, tarix fakültəsinin tələbəsi olub. O, optik tüfəngdən istifadə edib.

Polis Yan Palax meydanı ətrafındakı bütün ərazini bağlayıb, nəqliyyatın hərəkətini dayandırıb, tramvay və avtobusların istiqamətini dəyişdirib. Onlar vətəndaşları Yan Palax meydanının yaxınlığına getməməyə və küçəyə çıxmamağa çağırıblar.

Çex polisi tələbələrin universitet binasından təxliyəsinin hələ də davam etdiyini bildirib. Belə ki, onların çoxu hələ də gizləndikləri sinif otaqlarındadır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG