Accessibility links

Məşhurlar:Tom Kruzun evinə daxil olmaq istəyən şəxs həbs edilib


Ceyson Sullivan adlı şəxs, içkili olduğundan öz evi iləTom Kruzun evini səhv salıb

Bu yaxınlarda polis Tom Kruzun Beverli Hillsdəki evinin əhatəsindəki divarı aşmaq istəyən şəxsi həbs edib.

Eksklyuziv videoda Ceyson Sullivan adlı bir şəxsin qandalda və polislərin çevrəsində yerdə oturduğu nümayiş etdirilir. Onun sözlərinə görə o, içkili olduğundan öz evi əvəzinə Tom Kruzun evinə daxil olmaq istəyib.

Həqiqətən də Tom Kruzla onun evi biri-birinə yaxındır.

41 yaşlı Sullivan başqa adama məxsus əraziyə daxil olduğuna görə həbs edilib və daha sonra hadisə zamanı aldığı yaralardan müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Hadisə baş verən an nə Tom Kruz özü, nə də onun ailəsi evdə olmayıb.

Hər halda Tom evə döndükdən sonra yəqin ki, qonşusu ilə bu məsələni müzakirə edəcək.
XS
SM
MD
LG