Accessibility links

Los Ancelesdə Hollivudun Xarici Mətbuat Assosasiyasının Qrant mərasimi keçirilib


Dünya boyu ulduzlar Los Ancelesdə Hollivudun Xarici Mətbuat Assosasiyasının Qrant mərasimində iştirak edib. Yeri gəlmişkən, bu assosiasiya Qızıl Qlobus mükafatı tədbirinin təşkilatçısıdır.

Saysız-hesabsız ulduzun iştirak etdiyi mərasim Beverli Hilton otelində keçirilib. Mərasimdə qeyri-kommersial əyləncə ilə əlaqədar təşkilatlara və təhsil proqramlarına 1.9 milyon dollar dəyərində qrant ayırdığı elan edilib.

Mərasim gecəsini assosiasiyanın prezidenti Teo Kinqma mərhum aktyor Robin Uillyamsın xatirəsini anmaqla açıb.

O, Uillyamsın yaradıcı istedadını yalnız aktyor qismində deyil, həm də ifa etdiyi saysız hesabsız obrazları ilə ictimayyəti məlumatlandırmağını dəyərləndirib.

Mərasimdə iştirak edən ulduzlar arasında Sofia Verqara, Minni Driver və Robert Pattinson da olub. Amma mərasimin mükafatını “Frozen” cizgi filmində Anna obrazını səsləndirdiyinə görə Kristen Bell alır.

Filmdə Kristen Bell hitə çevrilən “Do You Want to Build a Snowman” mahnısını uşaq səsi ilə ifa edir. Bu mahnı xeyriyyə mərasimində 20 milyon dollar toplayıb.

XS
SM
MD
LG