Accessibility links

Çip və Coanna Qeyn qısa zamanda Texas ştatının Vako şəhərini turist məkanına çevirib


HGTV telekanalında yayımlanan ev alqı-satqı ulduzları Çip və Coanna Qeyn bu şəbəkədə ən populyar şou tarixinə malikdir.

Cütlük qısa zamanda Texas ştatının Vako şəhərini turist məkanına çevirib.

Görəsən onların bu şoudan əldə etdikləri gəlir nə qədərdir.

Məlumata əsasən onlar hər bir epizoddan 30 min dollar əldə edir. Və hər şouda 16 epizodda çəkilmələrini nəzərə alarıqsa. Bu haradasa hər şoudan yarım milyon pul edir. Onlar bu yaxınlarda beşinci şoularını başa vurub. Bu isə toplam təxminən 2.4 milyon dollar edir.

Bundan əlavə şouda danışmaq haqqı da var. Şouda danışmağa görə onlara əlavə 30 min dollar ödənilir. Bundan başqa onların özlərinin 3.5 milyon dollar dəyərində biznesi var. Üstəlik onların sahib olduqları daşınmaz əmlakları nəzərə alarıqsa, bu, təxminən 7.6 milyon dollardır.

Oonların ən azı 13.5 milyon dollar kapitalı var.

Onların sponsorları, digər şouları və gələcək üçün yeni biznes planları var.

Cütlük dörd uşaqla şəxsi fermada yaşayır.

XS
SM
MD
LG