Accessibility links

Yeni Zelandiyalı müğənni İsraildə konsetini təxirə salıb


Yeni Zelandiyalı müğənni və bəstəkar Lord pərəstişkarları və fəallar tərəfindən edilən tənqidlərdən sonra bu yaxınlarda İsraildə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb.

Müğənni iyun ayının 28-i Tel-Əvivdə konsert verməyi planlaşdırırdı. Lakin Lord fələstinliləri dəstəkləyən fəalların müraciətindən sonra konserti təxirə saldığı barədə bəyanat açıqlayıb.

Bəyanatında Lord fərqli fikirli insanlardan çox sayda mesajlar qəbul etdikdən sonra doğru qərarın konsertin ləğvi olduğunu düşündüyünü deyib.

Müğənni məlumatlı olduğundan məmnunluğunu, lakin Tel-Əviv konsertinə razılıq verərkən düzgün addım atmadığını etiraf edib. O, nə zamansa bu şəhəri ziyarət etməyin onun çoxdankı arzusu olduğunu, amma təəssüf ki, indi düzgün zamanın olmadığını deyib.

Konsertin biletlərinin pulu hər kəsə qaytarılacaq. Amma pərəstişkarları biletlərini geri qaytarmağa tələsmir. Belə ki, onlar müğənninin fikrini dəyişəcəyinə ümid edir.

XS
SM
MD
LG