Accessibility links

50 Cent dəyəri 662 dollar olanda 700 Bitcoin əldə edib


50 Centin müdrik biznes qərar verməsinə şübhə etmək çətindir. Belə ki, rep ulduzu asanlıqla külli miqdarda pul qazanıb.

Repper Instaqram səhifəsində Bitcoin uğurundan danışıb və TMZ yazır ki, hər şey onun 2014-cü ildə əldə etdiyi razılşama nəticəsində olub.

50 Cent özünün Animal Ambition adlı albomunun ödəməsinin Bitcoinla edilməsinə razılaşıb. O zaman Bitcoinun dəyəri 662 dollar idi.

Deyilənə görə 50 Cent həmin vaxt 700 Bitcoin əldə edib.

Hazırda hər bir Bitcoinun qiyməti təxminən 10 - 12 min dollar arasıdır.

Bu isə təxminən 8.5 milyon dollar edir.

Bundan əlavə, 50 Cent Vitamin Suyu şirkətinə investisiya edib və 2007-ci ildə Koka Kola bu şirkəti aldıqdan sonra onun aksiyalarını qiyməti böyük sürətlə artmağa başladı.

İndi yəqin ki, 50 Centin ləqəbini dəyişməsinin vaxtı çatıb.

XS
SM
MD
LG