Accessibility links

Amber Herdın məhkəmə prosesinə gəlmədiyinə görə təxminən yeddi min dollar cərimə edilib


Amber Herdın məhkəmə işi ona baha başa gələ bilər.

Aktrisa prodüsseri ilə davam edən məhkəmə prosesinə gəlmədiyinə görə təxminən yeddi min dollar cərimə edilib.

Bəli, hakim Herdin 6850 dollar ödəməsini tələb edib. Amma bu məbləğ onun prodüsserinin ondan istədiyi 70 min dollardan azdır.

Amber “London Fields” filmini reklam etmək öhtəliklərini yerinə yetirməməsi ilə bağlı oktyabrda dəllilləri təqdim etməli idi.

Prodüsser deyib ki, o, filmin bəzi hissələrində çəkilməkdən və filmi reklam etməkdən imtina etməklə müqaviləni pozub. Amber isə öz növbəsində cinsi istismara məruz qaldığını iddia edir və prodüsserə qarşı əks-məhkəmə işi açıb. O, prodüsseri onun bənzərindən istifadə edərək filmdə pornoqrafik səhnələr çəkməkdə təqsirləndirib.

Amberin bildirdiyinə görə bütün proses tamaşaçıların bu səhnələrdə Amberin çəkildiyini düşünməsi üçün edilib.

XS
SM
MD
LG