Dünya şöhrətli film studiosu ötən həftə iflasını elan etmək astanasında ikən, Maria Kontreras-Svitin rəhbərlik etdiyi təşkilat, milyarder Ron Burkl və Lantern Capital şirkəti Weinstein Şirkətinin aktivlərini almaq istəyib.
Lakin bir neçə arzuolunmaz məlumat əldə etdikdən sonra investorlar müqaviləni imzalamayıb.
Deadline-a istinadən şirkəti almaq istəyən bir qrup müştəri 27 milyon dollar dəyərində istehsalat borcu, mühasibət sahəsində 20 milyon dollar borc və 17 milyon dollar reklam arbitraj mükafatları borcu da daxil olmaqla, əvvəldə açıqlanmayan öhtəliklərə görə müqaviləni imzalamaqdan imtina edib.
İndi Weinstein şirkətinin növbəti həftələrdə iflasını elan etdəcəyii gözlənilir. Və Maria film studiosuna sahib olmaq nəzəriyyəsindən hələ əl çəkməyib və əminliklə bu prosesdən istifadə etmək istəyəcək.