Stiven Spilberq 'The Post' və 'Ready Player One' filmləri üzərində eyni vaxtda işləməyin hər iki filmə kömək etdiyi fikrindədir.
71 yaşlı kino-rejissor siyasi drama janrlı filmi ilə fantastik janrda çəkdiyi film üzərində eyni vaxtda işləməyin onu bir qədər iki qütblü etdiyini deyib. Lakin rejissor hər iki filmdən bir anlıq ayrı qalmasının obyektiv qərarlar verməsinə və perspekstivi saxlamasına kömək etdiyini deyib.
O bunu belə izah edib – “`Ready Player One` filminin çəkilişindən bir qədər istirahət edərək `The Post` filminin üzərində işlədikdən sonra yenidən`Ready Player One` filminə döndükdə, bu filmə qarşı daha obyektiv olduğumu hiss etdim. Və eyni şey əks istiqamətdə də eyni effekti verdi”
`Ready Player One` filminin üzərində işləməyə gəldikdə isə Oskar mükafatı qalibi gözəl virtual dünya yaratmağın çətin olduğunu etiraf edib.