Accessibility links

“Skyscraper” filmi bu yaxınlarda ekranlara çıxacaq


Dveyn Conson iddia edir ki, “Skyscraper” tamaşaçıların ürək döyüntüsünə səbəb olacaq.

Qaya ləqəbli Dveyn Conson qarşıdan gələn blokbasterda baş rolu ifa edir. Aktyor başgicəllənməsindən əziyyət çəkən və ya hündürlükdən qorxan tamaşaçıları adrenalin dolu bu filmi dostları ilə bərabər izləmələrini tövsiyə edib.

Filmin son treylerini elan edərkən Dveyn bunları deyib - “Burada gerçək Fitbit fenomeni baş verib. Belə ki, hündürlükdən qorxan və ya başgicəllənməsindən əziyyət çəkən insanlar bizim filmə baxarkən Fitbit qolbaqları taxıblar.

Və bu insanların oturaq yerdə filmi izlədikləri an ürək döyüntülərini yoxlayıblar və onların ürək döyüntüsü 100-dən yuxarı olub.”

Aktyor həmçinin iyulun 13-ü ekranlara çıxacaq filmə tamaşaçıların necə reaksiya verəcəyini səbirsizliklə gözlədiyini etiraf edib.

XS
SM
MD
LG