Accessibility links

Motesikletdə qəzaya uğrayan Corc Kluni 7 metr hündürlüyə atılıb


İtalyanın Sardinia adasında bu həftənin əvvəli Corc Kluninin saatda 60 km sürətlə irəliləyən motosikleti avtomobillə toqquşduqdan sonra aktyor 7 metr hündürlüyə atılıb.

Hazırda adada “Catch-22” mini serialında çəkilən aktyor bir neçə gün əvvəl avtomobillə toqquşma zamanı aldığı kiçik zədələrdən müalicə olunaraq xəstəxanadan buraxılıb.

Lakin qəza hadisəsinin başqa cür də nəticələnə biləcəyinə inanılır.

57 yaşlı aktyor havaya atılıb və onun başından düşən dəbilqəsi həmin avtomobilin şüşəsini sındırıb.

Qəzanın dərəcəsindən asılı olmayaraq Corc qısa müddətdə təcili yardım maşınında xəstəxanaya çatdırılıb. Və daha sonra həyat üçün təhlükəli zədə almadığından evə buraxılıb.

XS
SM
MD
LG