Accessibility links

Harvi Vaynstin qalmaqalı davam edir


Harvi Vaynstinin 350 min dollar ödənilməmiş hesabı ilə bağlı məhkəmə prosesi başa çatıb.

Bədnam film moqulu ötən il onlarla qadın tərəfindən seksual təcavüzdə ittiham edildikdən sonra Sitrick Inc., şirkəti ilə müqavilə imzalayıb.

Amma bu ilin əvvəli onlar arasında müqavilə pozulduqdan sonra şirkət 66 yaşlı prodüsserin onlara 352 min 105 dollar 63 sent borcu olduğunu iddia edib.

Hər iki tərəf məsələyə aydınlıq gətirmək üçün məhkəmədə görüşüb. Lakin mənbələr indi Blast jurnalına bildirib ki, məhkəmə prosesi dayandırılıb və tərəflər öz aralarında məsələni həll edə bilib.

Sözü gedən şirkət hələ apreldə Vaynstini təmsil etmədiklərini elan edib.

XS
SM
MD
LG