Accessibility links

Bred Pitt Ancelina Colinin boşanma xəbərini ictimailəşdirməsini iyrənc addım adlandırıb


Keçmiş cütlük ayrılmalarının hüquqi detalları üzərində fərdi hakimlə bağlı qapılar arxasında işləyirdi.

Lakin 43 yaşlı aktrisa vəkili Laura Vasseri işdən çıxararaq onun əvəzinə şəxsi yeni vəkillər işə götürdükdən sonra cütlüyün məhkəmə mübahisələri barədə detallar ictimailəşib və Hollivud ulduzu bunun uşaqları üçün çox pis olduğunu düşünür.

Mənbə The Blast veb səhifəsinə bildirib ki, Bred boşanma prosesinin məxfiliyinin qorunmasını düşünür və deyir ki, prosesin indi ictimayyətə açıq olması iyrənc haldır. Ona görə ki, onların uşaqlarının bəziləri indi artıq böyükdür və sosial mediyada və internetdə bu barədə oxuya bilir.

Ailəyə yaxın mənbə bildirib ki, indi Bred ümid edir Ancelina nəhayət məhkəmə mübahisəsinin onların uşaqlarına nə qədər təsir etdiyini başa düşəcək və bunun ictimayyət qarşısında aparılmasını dayandıracaq.

XS
SM
MD
LG