Accessibility links

Corc Vaşinqton Şükran Günü siyasi fırtınasını necə alovlandırmışdı


ABŞ-da Şükran noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılarak yalnız ailə və tanrıya əsaslanan bir məna kəsb edirdi. Hind toyuğu bu günün ənənəvi yeməyidir.

1789-cu ilin sentyabr ayında Konqres üzvləri birinci prezident Corc Vaşinqtondan Şükranı milli bayram elan etməsini istəmişdi. İlk baxışda səmimi görünən bu xahiş Konqresdə etirazlarla qarşılanmışdı.

Tənqidçilər iki məqamı önə çəkirdilər. Birincisi, bəziləri Şükranı dinlə əlaqələndirir və bunu prezidentin səlahiyyətlərindən uzaq hesab edirdi.

Digərləri isə bunun prezidentin deyil, qubernatorların qərar verəcəyi bir məsələ olduğunu bildirirdi.

O zaman Amerika üçün ağır bir dövr idi. Ölkə müstəqilliyini əldə etmiş, lakin 13 sabiq müstəmləkə arasında birlik mövcud deyildi. Şükran gününün elan edilməsi amerikalıların birləşməsini təmin edə bilərdi.

Nəyahət Vaşinqton ABŞ tarixində ilk dəfə ümumilli Şükran və Dua günü elan etdi. Onun qərarı müxalifəti sakitləşdirmək mahiyyəti daşıyırdı.

Beləliklə bayram ətrafındakı mübahisələr bitmiş oldu.

Franklin Ruzvelt 1939-cu ildə bayramı noyabr ayının 3-cü cümə axşamı gününə təyin etmişdi. Buna qədər amerikalılar bayramı 4-çü cümə axşamı günləri qeyd edirdi.

Bununla prezident bayram alış-veriş mövsümünü uzatmaqla, Böyük Depressiyadan sonra ölkə iqtisadiyyatını çanlandırmağa çalışmışdı.

Prezidentlik dövründə Tomas Cefferson Şükran gününü elan etməsə də, Virciniya ştatının qurbernatoru kimi bunu etmişdi.

Abraham Linkolna qədər heç bir prezident Şükran gününü elan etmirdi. O, vətəndaş müharibəsinin ortalarında, 1863-cü ildə bayramı rəsmən elan etmişdi.

O gündən bəri hər bir prezident Şükran bayramını rəsmən elan edirdi.

1941-ci ildə qanunvericilər Şükran gününü noyabrın son çümə axçamı günü keçirilməsinə dair qanun qəbul etmişdi.

XS
SM
MD
LG