Accessibility links

Ağ Evin Şükran menyusu zamanla necə dəyişib


Amerikalıların əksəriyyətinin Şükran süfrəsində molyusklar olmur, lakin bir müddət molyusklar Ağ Evin bayram menyusunun əsas tərkib hissəsi idi.

Ağ Ev Tarix Assosiasiyasından Lina Mann deyir: "Molyusklu içlik və onların müxtəlif elementləri 19-cu əsrin sonlarında daxil edilmişdir. Onlar çox məşhur idi. Düşünürəm ki, Vaşinqtonun nəhəng bir molyusk mərkəzi olan Çesapik körfəzinin yaxınlığında yerləşməsi onu daha çox regional bir ənənəyə çevirmişdi, lakin bu, illər keçdikcə yox oldu."

Molyusklara əlavə olaraq, Ağ Evin Şükran Günü yeməklərinə Potomak çayından qaya balığı, Merilend ştatının şərq sahilindən tısbağalar və Massaçusetsdən mərcanı kimi digər regional ərzaqlar daxildir.

Bayram daha özəl bir tədbir olduğundan Ağ Evin Şükran Günü menyusu eyni olmur.

Prezident ailələri tez-tez günlərini Ağ Evdən uzaqda, ya şəhərdən kənarda öz şəxsi evlərində, ya da Merilend ştatındakı Kemp Devid prezident iqamətgahında keçirir.

1985-ci ildə Prezident Ronald Reyqan Şükran Gününü Kaliforniyadakı fermasında keçirmişdi. Menyuya hind quşu, zoğal, qarğıdalı çörəyi üçün sous, salat, kartof püresi, badamlı lobya və üzərinə qaymaq çəkilmiş balqabaqlı piroq daxil idi.

1996-cı ildə Prezident Bill Klinton ailəsi və dostları ilə birlikdə Kemp Deviddə Şükran Gününü qeyd edib; masada çörək içi üçün sous; kartof püresi; şirin kartof; yaşıl lobya; duzlu xiyar, kərəviz, pomidor, yaşıl soğan, yaşıl və qara zeytun və kök; Meyvə salatı; zoğal salatı; balqabaq piroqları yer alıb.

2007-ci ildə Kemp Deviddə Prezident Corc Buş və ailəsi hind quşu, qaymaqlı zoğal, şirin kartof suflesi və balqabaq şirnisindən ibarət yemək hazırlamışdılar.

Baş komandanın bayramı harada keçirməsindən asılı olmayaraq, 1870-ci illərdən bəri hind quşu adətən menyuda olur.

Amerika ictimaiyyətininin prezidentlərin masalarına müxtəlif quşlar göndərmə ənənəsi də mövcuddur.

Mannın dediyinə görə, insanlar həmişə quş əti göndərmirlər. 1926-cı ildə Prezident Kalvin Kulic Missisipidəki bir tərəfdarından qeyri-adi bir hədiyyə alıb.

Şükran Günü prezident süfrəsinə yenot təqdim edilib.

"Ancaq Kulic ailəsi yenot yemək istəməyib. Bunun əvəzinə, onlar onu ailənin ev heyvanı etdilər. Onun adını Rebecca qoydular" - deyə, Mann qeyd edib.

Böyük Depressiya və İkinci Dünya Müharibəsi dövründə Şükranlıq günləri daha ağır keçirilib. 1942-ci ildə prezident Franklin Delano Ruzvelt və ailəsinin nahar yeməyinə molyusk kokteyli, şəffaf şorba, şabalıd və zoğal içlikli qızardılmış hind quşu, ispan qarğıdalısı, kolbasa və lobya, şirin kartof püresi, qreypfrut salatı, balqabaq piroqu və pendir, qəhvə, və dondurma daxil idi.

Bu il prezident Co Bayden və birinci xanım Cil Bayden Şükranlıq Gününü 1975-ci ildən ailə ənənəsi olan Massaçusetsin Nantuket adasında keçirirlər.

Birinci xanım bu yaxınlarda Şükran Günü reseptlərini, o cümlədən nənəsinin köhnə italyan çörəyindən hazırlanmış içliyin reseptini Qida Şəbəkəsi ilə bölüşüb.

XS
SM
MD
LG