Accessibility links

Şükranlıq günü haqda maraqlı faktlar


Hər il Amerikada noyabr ayının sonuncu cümə axşamı Şükranlıq günü kimi qeyd edilir.

Tarixə görə 1621-ci ildə İngiltərədən köçmüş və ABŞ-ın müasir Massaçusets ştatının ərazisindəki Plimutda məskunlaşmış gəlmələr birinci, olduqca çətin ilə tab gətirdikdən sonra yerli hindlilərlə məhsul yığımını bayram edib. Gəlmə avropalılar Amerika hindliləri ilə birlikdə çörək kəsib və onlara şükranlıqlarını bildiriblər. Lakin Amerikada Şükranlıq günü ənənəsinin1598-ci ildə Texasda, ya da 1619-cu ildə Virciniyada başladığı haqda da fikirlər rəli sürülür.

Amerika Birləşmiş Ştatlarının ilk prezidenti Corc Vaşinqton 1789-cu ildə Şükranlıq gününü ilk dəfə olaraq milli bayram elan edib. 1863-cü ildən etibarən isə Şükranlıq günü ABŞ-da ölkə miqyasında milli bayram kimi qeyd edilməyə başlayıb.

​Zaman keçdikcə Şükranlıq günü amerikalılar üçün daha geniş məna kəsb etməyə başlayıb. Şükranlıq gününün əsas rəmzi olan məhsul yığımı və insanlar arasında dostluğun tərənnüm edilməsi ilə yanaşı, amerikalılar malik olduqları azadlıqlar və imkanlar, eləcə də bölüşdükləri dəyərləri bu gün xüsusi qeyd edirlər.

​Şükranlıq günü bayram süfrəsini qızardılmış hindtoyuğu, şirin kartof əzməsi, qabaq piroqu, qarğıdalı çörəyi və quşüzümü sousu bəzəyir.

Çoxları hind toyuğunun ingilis dilində nəyə görə Türkiyənin adından götürülərək “turkey” adlandırıldığını sual edir.

Həqitətən də, quşa müxtəlif ölkələrdə müxtəlif adlar verilib. Avropalılar yeni qitə olan Amerikaya gələndə burada gördükləri quşu səhvən onlara məlum “quineafowl“ (firəng toyuğu) adlı quşa oxşadıblar. Firəngtoyuğu isə Şərqi Avropaya Türkiyədən gətirildiyi üçün türk toyuğu da adlandırılırdı. Avropalılar da Amerikadakı quşa ingilis dilində “turkey fowl” deyil, qısaldılmış şəkildə “turkey” deməyə başlayıblar.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG