Accessibility links

Siçanlar Avstraliayada həbsxananı evakuasiya etməyə məcbur edib


Avstraliyanın Yeni Cənubi Uels əyalətinin rəsmiləri bir neçə aydır fermerləri çətinliyə salan siçanların indi də yüzlərlə məhbusun ucqar əyalətdəki həbsxanadan evakuasiya edilməsinə səbəb olduğunu xəbər verir.

Yeni Cənubi Uelsin Təmir Xidmətləri Komissarı Peter Severin siçanların Vellington İslah Mərkəzindəki infrastrukturu, tellər və tavan panellərini gəmirdiyini və həbsxanaya ciddi ziyan vurduqlarını bildirir.

"İşçilərin və məhkumların sağlamlığı, təhlükəsizliyi və rifahı bir nömrəli prioritetimizdir, bu səbəbdən həyati bərpa işlərini həyata keçirmək üçün indi hərəkət etməyimiz vacibdir" deyə o əlavə edib.

Severin həbsxanadakı 420 nəfərə qədər məhbusun və 200 işçinin yaxın bir neçə həftə ərzində digər müəssisələrə köçürüləcəyini deyib.

Müəssisə bir neçə aydır son 50 ildə ən pis quraqlığı aradan qaldıran güclü yağışlardan sonra artan siçanlarla mübarizə aparmağa çalışan kənd ərazisində yerləşir. Yağış indiyə qədər becərilmiş ən bol taxıl məshuldarlğına səbəb olsa da, eyni zamanda sürətlə çoxalan gəmiricilərə bol qida əldə etməyə imkan yaradıb. Avstraliya mediası yalnız bir cüt siçanın bir mövsümdə orta hesabla 500 bala çıxara biləcəyini yazır.

Siçanların əkin sahələrinə milyonlarla dollar ziyan vurması hökuməti keçən ay Avstraliyada qadağan olunmuş olduqca zəhərli siçan və siçovul zəhəri olan bromadiolone-dən yenidən istifadə edilməsini təklif etməyə səbəb olub. Lakin bəzi fermerlər və ətraf mühit fəalları zəhərin endemik heyvanlarda istənməyən nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edir.

Reuters xəbər agentliyi siçanların Avstraliyaya Avropdan ilk köçənlərlə birlikdə gəldiyinə inanıldığını yazır. Siçanlar ölkənin sərt iqliminə tez alışır. Onlar quraqlıq dövründə uzun müddət həyatda qala bilirlər. Hava dəyişdikdə, qida və su əldə etdikcə sürətlə çoxalmağa başlayırlar.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG