Accessibility links

Sibirə qışın gəlməsi ilə gəmilər təmir olunur


Sibirə qışın gəlməsi ilə gəmilər təmir olunur
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Sibirə qış gələndə və Lena çayını buz tutanda, Yakutsk gəmiqayırma zavodunun işçiləri çox zəhmətli amma mühüm bir işə hazırlaşır – “vımorozka”ya.

Sibirdə yaylar çox qısa keçdiyi üçün, regionun iqtisadiyyatı üçün mühüm hesab edilən çay donmadan gəmilərin hərəkət etməsi çox vacidir. Bu isə o deməkdir ki, təmir işləri qışda, çay donanda və gəmilər buzda ilişib qalanda aparılmalıdır.

“Donun açılması” anlamına gələn “vımorozka” zamanı işçilər elektrik mişar, külüng və çəkiclərdən istifadə edərək gəminin korpusu ətrafındakı buzu qırır. Beləcə onlar gəminin adətən suyun altında qalan və təmirə ehtiyacı olan hissələrinin üstünü açırlar.

Bu adət Sibirə özəldir və çox uzun zamandır davam edir.

Vımorozka çox yorucu və darıxdırıcı prosesisdir və işçilər mənfi 50 dərəcəyə çatan temperaturlarda çalışırlar. Bu iş amansız görsənsə də, əslində yüksək dərəcədə diqqət və səbr tələb edir. Hava nə qədər soyuq olsa, işçilərin işi o qədər asanlaşır.

“Dekabr və noyabr olduqca isti keçdi. Şaxta çox gec gəldi. Amma artıq şaxta başlayıb. Bu gün hava mənfi 46 dərəcədir, yəni hər şey əladır” - deyə, Lena Çay Yükdaşıma Donanmasının texniki əməliyyatlar şöbəsinin sədri Aleksandr Azarov bildirir.

Buz adətən 50 santimetr qalındığında olduğu üçün, gəminin ən alt hissəsi su ilə təmas edir. İşçilər buzu düzgün səviyyəyə qədər təmizləməlidirlər ki, altdakı su da donsun və bu onlara daha dərin qazmağa imkan yaratsın.

Əgər onlar səhv etsə və buzu qırıb, altındakı suyu üzə çıxarsa, açdıqları dəlik su ilə dolacaq və həftələrlə davam edən iş hədər olacaq.

Lena Çay Yükdaşıma Şirkəti vımorozka işçilərinin ən böyük işəgötürənidir. Pik mövsümdə, yəni yanvar ayının ortalarında təxminən 30 nəfər Yakutskda buzu təmizləyir. Onlar hər mövsüm 400 min rubl, təxminən 6 min dollar qazanır ki, bu Rusiyadakı orta əmək haqqından xeyli yüksəkdir.

Bir qış mövsümündə, təcrübəli bir işçi dörd gəminin ətrafındakı minlərlə kub metr buzu təmizləyir.

Hətta təmirə ehtiyacı olmayan gəmilərin də donu açılır ki, yaz gələndə buz bərabər şəkildə ərisin və gəmilər bir tərəfə əyilməsin.

XS
SM
MD
LG