Accessibility links

Sibirdə kömür mədənində yanğın zamanı 11 nəfər ölüb, 43 nəfər yaralanıb


Rusiyanın Sibirin bölgəsinin Kemerovo vilayətindəki kömür mədənində baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb, 43 nəfər isə yaralanıb. Rəsmilər hələ də onlarla insanın yerin altında qaldığını bildirirlir.

Fövqəladə Hallar Nazirliyi mədəndən artıq yüzlərlə adamın təxliyə edildiyini bildirir. Nazirlik həmçinin Kuzbass rayonundakı Listvyajnaya mədənində "partlayış riski ilə əlaqədar" olaraq xilasetmə işlərinin müvəqqəti dayandırıldığını da xəbər verib.

Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, "İndiyədək mədəndən 236 nəfər çıxarılıb".

Yerli tibb işçiləri dörd nəfərin vəziyyətinin ağır olduğunu bildirir ki, onlardan ikisi tüstüdən zəhərlənib.

Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev yerin altında qalanlarla "heç bir əlaqənin qurulmadığını" deyib. Kreml hadisə ilə əlaqədar prezident Vladimir Putinin məlumatlandırıldığını bildirir.

Baza xəbər saytının yaydığı məlumata görə, xilasedicilər qapalı vəziyyətdə qalan şaxtaçılara çatmağa çalışsalar da, güclü tüstü səbəbindən bu mümkün olmayıb.

Rusiya xəbər agentlikləri hazırda 39 şaxtaçının itkin düşmüş olaraq qeydə alındığını xəbər verir.

Azadlıq Radiosunun bölgədəki müxbirinin verdiyi xəbərə görə, ölənlərdən on nəfəri kömürü yerin altından yuxarıya daşıyan konveyerdə tapılıb. Müxbir bildirib ki, şaxtaçılara fövqəladə vəziyyətdə konveyer lentinə tullanmaq üçün təlim keçilib.

Kömür mədəninin sahibi, Rusiyanın ən böyük kömür şirkətlərindən biri olan SDS-Ugol səhər tezdən yanğın başlayanda mədəndə ən azı 287 nəfərin olduğunu bildirib.

Məlumatlarda deyilir ki, 250 metr dərinlikdə baş verən və dağıntıya səbəb olmayan partlayışın mümkün səbəbi ventilyasiya şaxtasında kömür tozunun alışması ola bilər ki, bu da tüstünün bütün havalandırma sisteminə yayılmasına səbəb olub. Mədən 2003-cü ildə fəaliyyətə başlamışdı.

XS
SM
MD
LG