Accessibility links

Cihadçıların silahlara çıxışı


Silahlı münaqişələri araşdıran qrupun son hesabatı

Londonda yerləşən silahlı münaqişələri araşdıran qrupun son hesabatında bildirilir ki, 2012 ildə Müəmmar Qəzzafinin hakimiyyətdən salınması ilə nəticələnən münaqişədən sonra Afrikanın sahil bölgəsində qeyri-qanuni silah daşınması halı artıb.

Cihadçılar və digər ekstremist qüvvələr Liviyadan silah axını azaldıqdan sonra mənbələrini dəyişdirib. İndi onlar Mali və Fil dişi sahili kimi ölkələrin yaxşı qorunmayan silah anbarlarına üz tutub.

İslam Dövlətinin təminat zənciri Suriya və İraqdan alınan tüfənglərdən sahildə geniş istifadə edilir.

Hesabatda Avropanın əks-terrorizm rəsmiləri və Afrikanın qərb ölkələrinə xəbərdarlıq edilir. Araşdırmaları bir neçə Avropa hökuməti maliyyələşdirib.

Silah qaçaqmalçılığı

BMT-nin Təhlükəsizlik Şurası iyun ayında Liviyaya və Liviyadan qanunsuz silah daşıyan gəmilərin büynəlxalq sulardan keçidinə qadağa tətbiq edib. Bununla cihadçıların əlinə silah keçməsinə mane olunacağına ümid edilirdi.

ABŞ və onun Avropa müttəfiqləri Liviyanın silah satışına qaydalar tətbiq etməyə çalışır.

Hesabatda deyilir ki, müxtəlif fraksiyaların raketatanlar, anti-tank minaları və raketatan qumbaralara çıxışı olması qorxulu vəziyyət yaradıb.

Avropanın qaçqın və miqrant qaçaqmalçıları ilə mübarizə aparan SOPHIA missiyasının Avropaya silah qaçamalçılığına mane olacağına inanılır.

XS
SM
MD
LG