Accessibility links

ABŞ seçkiləri öncəsi silahlara nəzarət məsələsi diqqət mərkəzindədir


ABŞ seçkiləri öncəsi silahlara nəzarət məsələsi diqqət mərkəzindədir
please wait

No media source currently available

0:00 0:03:03 0:00

İkinci düzəliş və silahlara nəzarət qanununa dair debatlar bu ay ABŞ-ın hər iki partiyasının qurultaylarında diqqət mərkəzində olub. Respublikaçılar Missiri ştatından bir cütlüyün evləri qarşısında Qaraların Həyatı Mühümdür nümayişləri zamanı etirazçılara silah tuşlamasını və Trampa dstək verdiklərini deməsi ilə məsələni yenidən gündəmə gətirib. ABŞ prezidentiliynə respublikaçı namizəd Donald Tramp və demokrat namizəd Co Beyden arasında bu məsələyə münasibərdə kəskin fərqlər möcdudur.

Donald Trampın dediyi kimi Konstitusiyada yer alan silahlara sahib olmaq haqqı,demokratlar Ağ Evə seçildikdə ləğv edilə bilər.

“Onlar sizin silahlarınzıı əlinizdən alacaq, Buna burada dayandığınız qədər əmin ola bilərsiniz. Silahların alınması ikinci düzəlişin məhvi deməkdir” , prezident deyib.

İkinci düzəliş haqqı və ölkənin təsisçilərinin silahlarla bağlı rolları Amerikanın siyasi müzakirələrinin hər zəman mərkəzində yer alıb.

“Bu, tiran hökumətlərə qarşıdır. Buna görə də hər zaman müdafiədə olmaq üçün Amerika ictimiayyəti bunu dəstəkləyir” - deyə, Amerika Universitetindən Aleks Kleyton bildirib.

Silah hüquqları məsələsi Respublikçaıların Milli Qurultayının ilk günü Missuri vəkilləri Mark və Patrisia Makkloski tərəfindən bir daha qaldırılıb. Bu cünlük sosial mediada nümayişçilərə silah tuşlamaqla tanınmağa başlayıb.

“Prezident Tramp Allah tərəfindən hər bir amerikalıya verilmiş öz evi və ailəsini müdafiə haqqını müdafiə edəcək” - deyə, Mark Makloski bildirib.

Silah hüquuları müdafiəçiləri silahların qadağan edilməsinin cavab olmadığını deyir. 2018-ci ildə Pakrlend məktəbindəki atıma zamanı qızını itirən ata deyir ki, məktəblərin təhlükəsizliyi üçün sərt qaydaları dəstəkləməklə Tramp yaxşı bir seçim edib.

“Mən həqiqətən inanıram ki, uşaqlarımızn təhlükəsizliyi bu şəxsin yenidən seçilməsindən asılıdır” , Endrü Pollak deyib.

Lakin son zamanlar kütləvi atışmaların artması etirazlara yol açıb. Amerikalıların əksəriyyəti silahlara nəzarət qanunlarında bəzi məhdudiyyətlərin tətbiqinə dəstək verir.

“Zorakılıqların azaldılması üçün odlu silahların qadağ edilməsi Demokratlar Partiyasında hər kəsi birləşdirən siyasi bir məsələdir. Bu baxımdan daha mübahisəli məsəslərdən fərli olaraq bu məsələ üzərində diqqətlərin cəmlənməsinin mənası var”, Aleks Kleyton bildirib.

Lakin Co Bayden deyib ki, seçildiyi təqdirdə insanların keçmişinin araşdırılması üçün universal bir təsisat yaracaq, hücum silahlarına qadağa tətbiq edəcək və özləri və ya digərlərinə hədə törədə biləcək insanlardan silahların alınmasını nəzərdə tutan qırmızı bayraq qanunlarına təkan verəcək.

9 il əvvəl başından güllə yarası alan sabiq Konqres üzvü Qabbi Giffordsun dediyinə görə, islahatlar mühümdür.

“Ya atışmaların davam etməsinə yol verməliyik, ya da hərəkətə keçməliyik. Ailələrimizi və gələcəyimizi müdafiə edə bilərik. Səs verə bilərik. Tarixin doğru tərəfində durmalıyıq. Biz Co Baydeni seçməliyik”.

Təhlilçilərin fikrincə, seçki ilində bir çox məsələ diqqət mərkəzində olsa da, silah problemi ən böyük narahatlıqdır.

XS
SM
MD
LG