Floridadan Kaliforniyayadək ara seçkilər üçün Konqresə demokrat namizədlər silahlara nəzarət kampaniyası aparır. Onlar son zamanlar atışmalar əleyhinə artmaqda olan ictimai rəydən qələbələri üçün zəmin əldə etməyə çalışır.
Oklahomanın sabiq polis zabiti Dianna Müller yeni karyera əldə edib: Atıcı yarışı və silah hüquqları.
“Bu bizim təməlimiz, bizim özəyimizdir. Bu, bizi 240 il əvvəl işğaldan qoruyub.”
22 il polis sıralarında xidmətdən sonra Müller qadınların silah hüququ layihəsini qurub. O, hesab edir ki, qadınlar silahlarına uşaqlarrından daha artıq qayğı göstərir.
“Biz təhlükəsizlik, odlu silahların təhlükəsizliyi, silahlarla bağlı tədrisi təbliğ edirik. Qanunvericiliyi deyil. Məhz bunlar ölkəmizi daha təhlükəsiz edir.”
Lakin silahlarla bağlı daha ciddi qanunların tərəfdarlarını silah hüquqlarını təbliğ edənlərin sağlam düşüncə qaydalarını qəbul etməməsi təəccübləndirir.
Ailələrdə qəddarlıq, əqli geriliyi olan insanların, Floridanın Parklend şəhər məktəbində insanları kütlıvi şəkildə öldürənlərin qarşısını almaq kimi.
Averi Qardiner silahlara nəzarət tərəfdarı olan qrupa rəhbərlik edir.
“Bizim görəcəyimiz iş daha yaxşı qanun qəbul etməklə, təhlükəli insanları silahlardan uzaq tutmaqdır. ”
Parklenddə 17 adamı qətlə yetirən Nikolas Kruz kimilərini.
Parklend tələbələrinin dəyişiklik tələbi ilə bəzi demokratlar silahlara nəzarəti fürsət kmi dəyərləndirir.
Hətta respublikaçı tərəfdarı olan bəzi bölgələrdə məsələni qaldırmaq seçiciləri səsvermədən uzaq tuta bilər.
“Silah zorakılıqları məni seçkilərə qatılmağa vadar edən ilk səbəbdir. İndi prokuror kimi silahlı zorakılığın bəzi təsirlərini və qurbanlarını geridə buraxdığını görürəm”-deyə, Konqresə demokarat namizəd Cennifer Uekston bildirib.
Lakin respublikaçılar prezident Trampın yardımı ilə demokraları silah əleyninə və 2-ci düzəliş əleyhinə olmaqda günahlandıraraq, müqavimət göstərir.
"Ehtiyatlı olmalısınız. Onlar 2-ci düzəlişə son qoymaq istəyir. Onlar bunun üşün ciddi çalışır"- deyə, Tramp deyib.
Dianna Müllerin yaşadığı Oklahoma və onun “Uşaqlar güllə ilə” kampaniyası apardığı Luizianada silahlara nəzarət məsələsi problem deyil.
Rəy soröularına görə, amerikalıların əksəriyyəti silahlarla bağlı daha sərt qanunların tərəfdrıdır. NBC/Wall Street Journalın sorğularında respondentlərin 25 faizi üçün ara seçkilərində silah məsələsi ən vacib faktordur.