Accessibility links

Silahlara nəzarət tələb edənlərin maraqlı kampaniyası


Silahlara nəzarət tərafdarları Nyu-York şəhərində keçirilən BMT Diplomatik Konfransında qlobal silah ticarəti barədə yeni saziş imzalanmasını tələb edir. Suriyadakı münaqişə diqqətləri silah ticarəti məsələsinə yönəldir.

Bu ilin fevral ayı, Suriya, Homs şəhəri. Foto-müxbir Pol Konroy təhlükəsiz evdə yaralı vəziyyətdə uzanıb. O, elə indicə Sunday Times qəzetinin yazarı Marie Kolvinin raket hücumu nəticəsində ölməsinə şahidlik edib: “Hazırda mənə Azad Suriya Ordusunun tibbi heyəti baxır və əllərində olan ən yaxşı ləvazimatlarla məni sağaltmağa çalışırlar”.

Silahlara nəzarət tələb edənlərin maraqlı kampaniyası
please wait

No media source currently available

0:00 0:02:59 0:00
Direct link
Konroy hazırda Silahlara Nəzarət Koalisiyasının fəallarına qoşularaq qlobal silah ticarətinə nəzarətə dair yeni sazişin qəbul olunmasını tələb edir.
O, Suriya ordusunun ixtiyarında olan silahlardan şoka düşmüşdü: “Onların məhdudiyyətsiz silah təchizatı var. Suriyaya silah satdıqlarını açıq şəkildə etiraf edən Rusiya nümayəndəsinə etiraz etdim. Ondan soruşdum ki, buna son qoyacaqsınız, onun cavabı “Xeyr” oldu. Onlar deyir ki, biz satmasaq, onsuz da kimsə satacaq”.
Konroy və başqa fəallar silahlara nəzarət sazişində boşluqları qabartmaq üçün tank alıblar.

Onlar indi bu tankı London turuna çıxararaq, qlobal silah sənayesində başlıca oyunçu olan ölkələrin səfirlikləri önündən keçirməyi planlaşdırır.
Kampaniya aparanlar Hindistan səfirliyinin önündən keçəndə səfirliyin əməkdaşlarına qətnamə təqdim ediblər. Yoldan keçənlərə isə simvolik olaraq banan verilib. Bununla onlar ərzağa silahdan daha çox nəzarət olduğunu demək istəyib.

Oxşar kampaniya Nyu-York şəhərində keçirilir. Burada BMT-nin Diplomatik Konfransı iyulun 2-də öz işinə başlayıb. Amnesty International-ın ABŞ-dakı filialının icraçı direktoru Suzanna Nossel: “Bu, hər gün 1500, il ərzində isə dünya boyu münaqişələr zamanı yarım milyondan çox insanın ölümünə səbəb olan silah ticarətini tənzimləyən ilk saziş ola bilər”.

Hovard Hildon Böyük Britaniya müdafiə sənayəesini təmsil edəən ADS Group-un siyasət direktorudur. O deyir ki, Britaniya, ABŞ və silah ixrac edən başqa Qərb dövlətləri nəzarətin gücləndirilməsi barədə razılığa gəlib: “Bizə lazım olan bütün dünyaya şamil olunacaq sazişdir. Bu saziş qəbul olunan kateqoriyaya daxil olmayan ölkələrə silah satışına qadağanı təmin etməlidir. Bu, mümkün olacaqmı? Məncə xeyr, amma cəhd etmək vacibdir”.

Kampaniya aparanlar deyir ki, Ərəb dünyasındakı münaqişələr silah satışına nəzarətə təcili ehtiyac olduğunu göstərdi.
XS
SM
MD
LG