Accessibility links

Araşdırma: Şimal Buzlu Okeanda buzların əriməsinə görə insanlar məsuliyyət daşıyır


Şimal Buzlu Okeanda buz ən azından 1960-cı illərdən bəri əriyir. Hər il daha da çox dəniz buzu Arktikada yoxa çıxır. Bir araşdırmada isə hər birimiz buna görə məsuliyyət daşıdığı bildirilir.

Cümə axşamı Science (Elm) jurnalında dərc olunan araşdırmaya əsasən, Nyu-Yorkdan Avropaya uçan hər bir sərnişin, ya da benzinlə işləyən maşında 4 min kilometr yol gedən hər bir sürücü havaya Şimal Buzlu Okeanında 3 kvadrat metr buz əridəcək qədər istixana qazı yayır.

Araşdırmada bildirilir ki, havaya buraxılan hər kub metr karbon dioksid nəticəsində sentyabr ayında, yəni Arktika regionu ən az buzlu olan zaman, dənizdə üç kvadrat metr buz əriyir. Araşdırmanın müəllifləri müşahidələr, statistika və 30 fərqli kompyuter modelindən istifadə edərək göstərirlər ki, istiliyi tutub saxlayan qazlar dəniz buzlarının sadə riyazziyat formulasına əsaslanan bir şəkildə istilənib, əriməsinə səbəb olur.

Tədqiqatın baş müəllifi, Almaniyada yerləşən Maks Plank Metereologiya İnstitutunun iqlim üzrə elmi işçisi Sirk Notzun dediyinə görə, karbon dioksid emissiyaları ilə sentyabr ayında dəniz buzlarının əsasən okeanın cənub sərhədlərindən çəkilməsi arasında "çox aydın üfüqi əlaqə var."

Ağ ayı
Ağ ayı

“Çox sadədir. Bizim qaz borularımız və kömürlə işləyən elektrik stansiyalarından çıxan emissiyaların hamısı atmosferə gedir,” deyə araşdırmanın həmmüəllifi, Bolder, Koloradoda yerləşən Milli Qar və Buz Data Mərkəzi, eləcə də London Kollec Universitetinin alimi Culian Stroev bildirir. “Bu, sadəcə səthdəki istiliyi artırır. Buz da buna reaksiya verir və onun bunu etməyinin yeganə yolu şimala doğru hərəkət etməsidir.”

Stroev və Notzun hesablamalarına görə, orta statistik amerikalı hər il sentyabr ayında təxminən 50 kvadrat metr buzun əriməsinə görə məsuliyyət daşıyır. Bu isə ABŞ-da kiçik bir yataq otağı olan evin həcminə bərabərdir.

Notz deyir ki, Arktikada bir çox heyvan növü dəniz buzlarından asılıdır və güman edilir ki, yayda onlar buzsuz Şimal Buzlu Okeanında yaşamaq üçün mübarizə aparacaqlar. Məsələn, həyatlarının əksər hissəsini Şimal Buzlu Okeanındakı buzlarda keçirən ağ ayılar təhlükə altında ola bilər.

Şimal Buzlu Okeanın gələcəyinə gəldikdə isə, araşdırmada deyilir ki, cümə günü qüvvəyə minəcək Paris iqlim dəyişikliyi razılığında qeyd edilən qlobal istiləşməni 2 dərəcə azaltmaq hədəfi Arktikada yay buzlarının qorunması üçün yetərli olmayacaq. Hazırkı karbon emissiyaları səviyyəsində, 30 il sonra Şimal Qütbü ətrafındakı okean sentyabr aylarında tamamilə buzsuz olacaq.

XS
SM
MD
LG