Accessibility links

Şimali və Cənubi Koreya ilk vahid olimpiya komandası yaradır


Şimali Koreyadan gəlmiş 12 qadın buzlu hokkey oyunçusu cümə axşamı sərhədi keçərək Cənubi Koreyaya gəlib. 1950-ci illərdə baş vermiş müharibədən bəri ilk dəfədir ki, tərəflər vahid Koreya Olimpiya komandası təsis edirlər.

Bir çox cənubi koreyalılar hesab edirlər ki, Prezident Mun Cae-in Pxenyana çox güzəştə gedir.

Qırmızı və ağ qış gödəkçələri geymiş oyunçular üzərində “DPR Korea” - Koreya Xalq Demokratik Respublikasının abreviyatürası – emblemi sərgiləyən oyunçuları cənublu komanda yoldaşları və komandanın amerikalı məşqçisi gül dəstələri ilə qarşılayıblar. Görüş Cənubi Koreyanın Cinçeon təlim mərkəzində baş verib.

Şimal və Cənubi Koreyanın oyunçularl bir neçə gün ayrıca məşq etdikdən sonra arenada bir araya gələcəklər. Vahid komandanın ilk yoldaşlıq matçı 4 fevralda İnçeonda İsveçə qarşı olacaq.

Şimali Koreyanın nüvə proqramının yarımadada gərginliyi artırdığı bir vaxt Pxenyanın vahid komanda ideyasına razılıq verməsi bəziləri tərəfindən təəccüb, bəziləri tərəfindənsə hiddətlə qarşılanır.
Şimali Koreyanın nüvə proqramının yarımadada gərginliyi artırdığı bir vaxt Pxenyanın vahid komanda ideyasına razılıq verməsi bəziləri tərəfindən təəccüb, bəziləri tərəfindənsə hiddətlə qarşılanır.

Şimali Koreya lideri Kim Conq Unun Pyeonqçanq Qış Oyunlarına komanda göndərmək jesti Pxenyanla Seul arasında dialoqa yol açıb. Bu münasibətlər uzun müddət Şimali Koreyanın nüvə və ballistik raket proqramı inkişaf etdirməsi üzündən pozulmuşdu.

Artan sayda cənubi koreyalılar birləşmiş komanda ideyasını qəzəblə qarşılayırlar. Onlar hesab edirlər ki, Prezident Mun Cae-in şimala çox güzəştə gedir.

Vahid komanda üzərində cəmiyyətdə yaranan fikir ayrılığı Prezidentin Munun reytinqlərini o, may ayında vəzifəsinin icrasına başladıqdan bəri ilk dəfə olaraq 60 faizdən aşağı endirib.

XS
SM
MD
LG